Məhkəmə qərarları › İş №e-2(078)-1252/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1252/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1252/2024 12.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, Bakı şəhəri, Xətai rayonu, Babək pr. 16 ünvanında yerləşən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək LM092100270 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi üzrə cəmi borcu 1646,32 (bir min altı yüz qırx altı manat, 32 qəpik) manat-bundan 1617,07 (bir min altı yüz on yeddi manat, 07 qəpik) manat əsas, 24,47 (iyirmi dörd manat, 47 qəpik) manat faiz, 4,78 (dörd manat, 78 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 36,47 (otuz altı manat, 47 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında 001850 saylı xx.xx.2017-ci il tarixli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Bank Xidmətləri Müqaviləsi üzərindən bağlanmış KM037T08170191 saylı Əlavəyə əsasən Bank cavabdehə istehlak məqsədilə 24 ay müddətinə, illik 29% ödəmək şərtilə 2.000 (iki min) AZN məbləğində kredit açmışdır. Daha sonra lpo İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında LM092100270 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış KM037T08170191 saylı, xx.xx.2017-ci il tarixli Bank Xidmətləri Müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.796,01 AZN məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə, aylıq 30,70 AZN ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış Bank Xidmətləri Müqaviləsi, cavabdeh tərəfindən məbləğin təhvil alınmasını təsdiq edən Qəbz, ödəniş cədvəli, Restrukturizasiya müqaviləsi, **********720 nömrəli xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışlardır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bank ilə Cavabdeh arasında bağlanmış LM092100270 nömrəli xx.xx.2021ci il tarixli Restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1646,32 (bir min altı yüz qırx altı manat, 32 qəpik) manat-bundan 1617,07 (bir min altı yüz on yeddi manat, 07 qəpik) manat əsas, 24,47 (iyirmi dörd manat, 47 qəpik) manat faiz, 4,78 (dörd manat 78 qəpik) manat cərimə borcu təşkil edir. İddiaçı təşkilat sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Lpo İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında 001850 saylı xx.xx.2017-ci il tarixli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Bank Xidmətləri Müqaviləsi üzərindən bağlanmış KM037T08170191 saylı Əlavəyə əsasən Bank cavabdehə istehlak məqsədilə 24 ay müddətinə, illik 29% ödəmək şərtilə 2.000 (iki min) AZN məbləğində kredit açmışdır. Daha sonra lpo İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında LM092100270 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış KM037T08170191 saylı, xx.xx.2017-ci il tarixli Bank Xidmətləri Müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.796,01 AZN məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə, aylıq 30,70 AZN ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Restrukturizasiya müqaviləsinin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Müqavilənin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.2021-ci il tarixli LM092100270 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu 1617.07 manat əsas, 24.47 manat faiz, 4.78 manat cərimə borcu olmaqla, cəmi 1646.32 manat təşkil etmişdir. Cavabdeh Lpo İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Məhkəmənin qiymətləndirməsi: İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsidir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2021-ci il tarixli LM092100270 nömrəli Restrukturizasiya müqaviləsi üzrə 1617,07 (bir min altı yüz on yeddi manat, 07 qəpik) manat əsas, 24,47 (iyirmi dörd manat, 47 qəpik) manat faiz, 4,78 (dörd manat, 78 qəpik) manat cərimə borcu olmaqla cəmi 1646,32 (bir min altı yüz qırx altı manat, 32 qəpik) manat məbləğində kredit borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı KB ASC tərəfindən xx.xx.2024-cü il tarixdə X3 ********** nömrəli qəbzlə ödənilmiş 36,47 (otuz altı manat, 47 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 1617,07 (bir min altı yüz on yeddi manat, yeddi qəpik) manat əsas, 24,47 (iyirmi dörd manat, qırx yeddi qəpik) manat faiz, 4,78 (dörd manat, yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla cəmi 1646,32 (bir min altı yüz qırx altı manat, otuz iki qəpik) manat məbləğində kredit borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Lpo İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə X3 ********** nömrəli qəbzlə ödənilmiş 36,47 (otuz altı manat, qırx yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar