Məhkəmə qərarları › İş №e-2(078)-1270/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1270/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1270/2021 02.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 1191 manat qalıq borcu və 243.67 manat cərimə borcu olmaqla, cəmi 1434.67 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 09 avqust 2019-cu il tarixli, MSZK00102 saylı Nisyə Alqı-satqı Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən borcluya 1449 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulunun nisyə satıldığını, məhsulun cavabdehə təhvil verildiyini, müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, onun borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun öhdəliyini yerinə yetirmədiyini, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcunun 1191 manat təşkil etdiyini, cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcunun 2436.78 manat təşkil etdiyini, hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb etdiklərini, belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-nin 243.67 manat təşkil etdiyini, bunları nəzərə alaraq, cavabdehdən müqavilə üzrə 1191 manat qalıq borcu və 243.67 manat cərimə borcu olmaqla, cəmi 1434.67 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında 09 avqust 2019-cu il tarixdə bağlanmış Nisyə Alqısatqı Müqaviləsinə əsasən, satıcı alıcıya malları satır, alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh 09 avqust 2019-cu il tarixdə 150 AZN, 20 sentyabr 2019-20 iyul 2020-ci il tarixləri aralığında 108 AZN, 09 avqust 2020-ci il tarixdə isə 111 AZN məbləği İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. 31 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçınə olan borcu: Nisyə satış məbləği- 1449 AZN; Qalıq borcun məbləği- 1191 AZN; Gecikmə günlərinin sayı- 682; Hesablanmış cərimə məbləği- 2436.78 AZN; Hesablanmış cərimə məbləğinin 10%-i- 243.67 AZN; Cəmi borcun məbləği- 1434.67 AZN. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 21 oktyabr 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 21 oktyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1191 (min yüz doxsan bir) manat qalıq borcu və 243.67 (iki yüz qırx üç manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1434.67 (min dörd yüz otuz dörd manat altmış yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. 16 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçınə 1191 manat qalıq borc və 243.67 manat cərimə borcu olmaqla, cəmi 1434.67 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1191 (min yüz doxsan bir) manat qalıq borcu və 243.67 (iki yüz qırx üç manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1434.67 (min dörd yüz otuz dörd manat altmış yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar