Məhkəmə qərarları › İş №e-2(078)-128/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-128/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-128/2024 08.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 228 (iki yüz iyirmi səkkiz) manat borc məbləği, 55 (əlli beş) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 313 (üç yüz on üç) manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə 11 iyul 2023-cü il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış 12 iyun 2019-cu il tarixli, 01-AGT000038646 nömrəli alqı-satqı müqaviləsinin tələbetmə hüququnu əldə etdiyini, müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 1148 (min yüz qırx səkkiz) manat olan Samsung G965 ds 64 markalı (İMEİ kodu: **********69186) mobil telefon aldığını, alıcı Cavabdeh 12 iyul 2019-cu il tarixdən başlayaraq hər ayın 12-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 115 (yüz on beş) manat ödəniş etməli olduğu halda, aylıq ödənişlər etmədiyini, aldığı malın qalıq pulunu, ümumi dəyəri- 228 (iki yüz iyirmi səkkiz) manatı mağazaya ödəmədiyini, dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlərin nəticəsiz qaldığını, götürdüyü malın dəyərini ödəməkdən yayındığını, göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində olduqlarını, bunları nəzərə alaraq, Cavabdeh 228 (iki yüz iyirmi səkkiz) manat borc məbləği, 55 (əlli beş) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 313 (üç yüz on üç) manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 01-AGT000038646 nömrəli X2-satqı Müqaviləsinə əsasən, satıcı alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 9 (doqquz) ay müddətinə 1148 (min yüz qırx səkkiz) AZN məbləğində əmtəəni (əşyanı) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini hissə-hissə ödəməyi öhdəsinə götürür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 01-AGT000038646 nömrəli Girov Müqaviləsinə əsasən, əmlakın dəyərinin ödənilməsini təmin etmək məqsədilə girov qoyan ona təhvil verilmiş həmin əmlakı özündə saxlamaq şərtilə girov qoyur. 23 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 228 AZN əsas borc və 55 AZN cərimə borcu olmaqla, cəmi 283 AZN borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında imzalanan 11 iyul 2023-cü il tarixli, 002 nömrəli Faktoring Müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbetmə hüququnu İddiaçınə güzəşt edir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 24 noyabr 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 28 noyabr 2023cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 228 (iki yüz iyirmi səkkiz) manat əsas borc, 55 (əlli beş) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 313 (üç yüz on üç) manat məbləğində pul alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. 23 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 228 AZN əsas borc və 55 AZN cərimə borcu olmaqla, cəmi 283 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 228 (iki yüz iyirmi səkkiz) manat əsas borc, 55 (əlli beş) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 313 (üç yüz on üç) manat məbləğində pul alınaraq, İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar