Məhkəmə qərarları › İş №e-2(078)-1287/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1287/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1287/2024 13.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdim. İşin halları: Təsviri hissə: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMCnin xeyrinə 640.95 manat əsas borc və 20.00 manat cərimə borcu olmaqla, cəmi 660.95 manat kredit borcunun və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” X2 ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli BAKU1-81846- 24479 saylı Kredit müqaviləsinə əsasən ona illik 0% faizlə 12 ay müddətinə 699.00 (altı yüz doxsan doqquz) manat kredit verilmiş (kreditin təyinatı – Gazer TV43 alışı) və kreditin aylıq 58.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Cavabdeh 22 avqust 2024-cü il tarixinədək verilmiş kredit üzrə 640.95 manat əsas borc və 20.00 manat cərimə borcu olmaqla, cəmi 660.95 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-cimaddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” X2 ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli BAKU1-81846-24479 saylı Kredit müqaviləsinə əsasən ona illik 0% faizlə 12 ay müddətinə 699.00 (altı yüz doxsan doqquz) manat kredit verilmiş (kreditin təyinatı – Gazer TV43 alışı) və kreditin aylıq 58.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 22 yanvar 2024-cü il tarixli BAKU1- 81846-24479 saylı Kredit müqaviləsi üzrə həmin tarixə olan borcu 640.95 manat əsas və 20 manat cərimə borcu olmaqla, cəmi 660.95 manat məbləğində borc təşkil etmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Məhkəmənin qiymətləndirməsi: İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsidir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 22 yanvar 2024-cü il tarixli BAKU1-81846- 24479 saylı Kredit müqaviləsinə əsasən 640.95 manat əsas və 20 manat cərimə borcu olmaqla, cəmi 660.95 manat məbləğində kredit borcu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə X4 və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh tutularaq iddiaçı təşkilata qaytarılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh 640.95 (altı yüz qırx manat doxsan beş qəpik) manat əsas və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 660.95 (altı yüz altmış manat doxsan beş qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X5 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar