Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1356/2025 03.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1875 (bir min səkkiz yüz yetmiş beş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 38,75 (otuz səkkiz, yetmiş beş) manat dövlət rüsumu, ümumilikdə 1913,75 (bir min doqquz yüz on üç, yetmiş beş) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
3. Məhkəmə, daxil olmuş iş materialları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
4. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, iş üzrə Cavabdeh 12 may 2025-ci il tarixdə vəfat etmişdir.
5. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemindən” görünür ki, cavabdehin vəfatından sonra vərəsəlik qeydə alınamışdır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə həmin iş üzrə icraata xitam verilir.
7. Məhkəmə hesab edir ki, Cavabdeh 12 may 2025-ci il tarixdə vəfat etdiyindən iş üzrə icraata xitam verilməlidir.
8. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
9. Şərh olunanlara əsasən və MPM-nin 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verə bilər.
Hаkim Aslan Heydarov.