Məhkəmə qərarları › İş №e-2(078)-137/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-137/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-137/2023 27.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 344098-CNS-34217 nömrəli kredit müqaviləsinə əsasən 22 noyabr 2022-ci il tarixə banka borclu olduğu 4957.91 (dörd min doqquz yüz əlli yeddi manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 609.26 (altı yüz doqquz manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 310.50 (üç yüz on manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5877.67 (beş min səkkiz yüz yetmiş yeddi manat altmış yeddi qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 78.78 (yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştiraklarının mümkün olmayacağını, bu səbəbdən də, hazırki işə iştirakları olmadan baxaraq iddia tələblərinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində, Cavabdeh 23 dekabr 2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri ilə tanış olub həmin şərtləri qəbul edərək 19 aprel 2022-ci il tarixli, 344098-CNS-34217 nömrəli nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə müraciət etdiyini və ona istehlak məqsədilə illik 25.5 faiz hesablanması şərtilə 60 (altmış) ay müddətinə 5000 manat məbləğində kredit verilməsini xahiş etdiyini, yəni təklif (oferta) verdiyini, bankın isə aksept etdiyini, yəni təklifi qəbul etdiyini, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verildiyini və kredit vəsaitinin cavabdehin kart hesabına köçürüldüyünü, Cavabdeh kredit vəsaitindən istifadə etdiyini, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini 20 iyun 2022-ci il tarixdən icra etmədiyini və nəticədə cavabdehin banka 22 noyabr 2022-ci il tarixə 4957.91 (dörd min doqquz yüz əlli yeddi manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 609.26 (altı yüz doqquz manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 310.50 (üç yüz on manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5877.67 (beş min səkkiz yüz yetmiş yeddi manat altmış yeddi qəpik) manat məbləğində borcunun qaldığını, 19 aprel 2022-ci il tarixli, 344098-CNS-34217 nömrəli nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablandığını, bunları nəzərə alaraq, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 344098-CNS-34217 nömrəli kredit müqaviləsinə əsasən 22 noyabr 2022-ci il tarixə banka borclu olduğu 4957.91 (dörd min doqquz yüz əlli yeddi manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 609.26 (altı yüz doqquz manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 310.50 (üç yüz on manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5877.67 (beş min səkkiz yüz yetmiş yeddi manat altmış yeddi qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 78.78 (yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 344098-CNS-34217 nömrəli Nağd pul krediti Müqaviləsinə əsasən, bank müştəriyə 60 (altmış) ay müddətinə illik 25.5% olmaqla, 5000 (beş min) manat məbləğində kredit verir. 22 noyabr 2022-ci il tarixli arayışa əsasən, Cavabdeh 22 noyabr 2022-ci il tarixə borcu aşağıdakı kimidir: Əsas borc- 4957.91 AZN; Faiz borcu- 609.26 AZN; Cərimə borcu- 310.50 AZN; Cəmi məbləğ- 5877.67 AZN. Cavabdeh müqavilə üzrə öhdəliyini 20 iyun 2022-ci il tarixdən icra etmir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 4957.91 (dörd min doqquz yüz əlli yeddi manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 609.26 (altı yüz doqquz manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 310.50 (üç yüz on manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5877.67 (beş min səkkiz yüz yetmiş yeddi manat altmış yeddi qəpik) manat pul məbləği, 78.78 (yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı iddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı təşkilat Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 344098-CNS-34217 nömrəli Nağd pul krediti Müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, həmin müqavilədə müəyyən edilmiş 5000 (beş min) manat pul məbləğini kreditdən istifadəyə görə illik 25.5% ödəmək şərtilə 60 (altmış) ay müddətinə iddiaçı təşkilat cavabdehin sərəncamına verməyi, borcalan isə götürdüyü məbləği, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri və cəriməni borcverənə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçı təşkilatın müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu krediti faizləri ilə birlikdə qaytarmaq öhdəliyini lazımınca icra etməmiş və yuxarıda müəyyən olunan müvafiq borc məbləği yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar üzrə dəyərləndirmə aparaq qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmış və borclu müqavilədən irəli gələn öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə iddiaçı təşkilat haqlı olaraq məhkəməyə müraciət etmişdir. Bu öhdəliyin predmetini pul təşkil etdiyinə görə həmin öhdəliyin obyektini borclunun pul verilməsinə yönələn hərəkəti təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə bank qarşısında öhdəliyin icra edilməməsi, yəni müəyyən edilmiş məbləği vaxtında qaytarmaması nəticəsində öhdəliyin şərtləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4957.91 (dörd min doqquz yüz əlli yeddi manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 609.26 (altı yüz doqquz manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 310.50 (üç yüz on manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5877.67 (beş min səkkiz yüz yetmiş yeddi manat altmış yeddi qəpik) manat pul məbləği, 78.78 (yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar