Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1499/2025 27.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı “ATASİĞORTA ASC”-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə QƏTNAMƏ (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı "xxxx" ASC -nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 624,00 (altı yüz iyirmi dörd manat) manat sığorta ödənişi məbləğinin və 30,00( otuz) manat dövlət rüsumunun, cəmi 654,00 (altı yüz əlli dörd) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. “AtaSığorta ASC” ərizəni onunla əsaslandırmışdır ki, X2 ilə "xxxx" ASC arasında xx.xx.2025-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Accent” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır.
3. Cavabdeh, xx.xx.2019-cu il tarixində “Hyundai Accent” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Tblisi prospektində yolnəqliyyat hadisəsi törətmiş, “Basic BJ” markalı, ** AB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur.
4. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1024,00 (bir min iyirmi dörd) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
5. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ BDYP-dən ünvanlarına İnzibati xəta haqqında Qərar daxil olmuş, Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir.
6. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Accent” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüqunun olmadığı qeyd olunmuşdur.
7. Bakı şəhər BPİ DYP-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır.
8. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
9. İş materiallarında olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “HYUNDAİ Accent” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır
10. İş materiallarında olan "xxxx" ASC-nin 19-03296/04/AA-2708/19 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək sığortalanmış “HYUNDAİ Accent” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə, “Basic BJ” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur.Vurulmuş zərər 1024 manat qiymətləndirilmişdir.
11. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli protokoldan görünür ki, Cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.
12. İş materialında olan Bakı şəhər BPİ BDYPİ-nin TP ******* saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Tağıyev X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
13. İş materiallarında olan AS-23/916 saylı, xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Cavabdeh Bakı şəhər, BPİ BDYPİ-nin qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə vaxtı “HYUNDAİ Accent” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, "xxxx" ASC zərərin aradan qaldırılması üçün ödədiyi 1024 (bir min iyirmi dörd) manat sığorta ödənişi məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ vardır. Cavabdeh zərərin 400 (dörd yüz) manat məbləğini ödəmişdir, 624 (altı yüz iyirmi dörd) manat sığorta ödənişi məbləğinin, 500 (beş yüz) manat işlərin görülməsi xərci olmaqla cəmi 1124 (bir min yüz iyirmi dörd) manat borcu yaranmışdır.
14. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hesablama aktından görünür ki,zərər 1024 (bir min iyirmi dörd) manat təşkil edir.
Tətbiq edilən hüquq:
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:
16. Maddə 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;
17. Maddə 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;
18. Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
19. Maddə 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;
20. Maddə 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.
21. Maddə 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;
22. Maddə 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə;
23. Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
24. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
25. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
26. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
27. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
28. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
31. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
32. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 624,00 (altı yüz iyirmi dörd) manat sığorta ödənişi məbləği iddiaçı "xxxx" ASC-yə xeyrinə tutulmalıdır.
33. Belə ki, Bakı şəhər, BPİ BDYPİ-nin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə vaxtı “HYUNDAİ Accent” markalı **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir.
34. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 624 AZN pulu tələb etməkdə haqlı olmuşdur.
35. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq qətetdi:
İddia təmin edilsin. Cavabdeh 624,00 (altı yüz iyirmi dörd) manat sığorta ödənişi məbləği alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.