Məhkəmə qərarları › İş №e-2(078)-155/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-155/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-155/2023 28.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 13341.36 manat məbləğində əsas borcun, 81.62 manat məbləğində faiz borcunun, cəmi 13422.98 manat borcun və 131 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat məhkəmənin elektron ünvanına xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərmiş və tələbə “Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 12695.36 (on iki min altı yüz doxsan beş manat otuz altı qəpik) manat əsas, 120.02 (bir yüz iyirmi manat iki qəpik) manat faiz borcunun tutulması” tələbi çərçivəsində baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 30 yanvar 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “Cavabdeh İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12695.36 (on iki min altı yüz doxsan beş manat otuz altı qəpik) manat əsas, 120.02 (bir yüz iyirmi manat iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 12815.38 (on iki min səkkiz yüz on beş manat otuz səkkiz qəpik) manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumunun tutulması tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. İddiaçı təşkilat İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin şərtinə əsasən ona 36 ay müddətinə, illik 20 % ödəmək şərtilə 17500 manat məbləğində kredit verilmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və nəticədə banka 12695.36 (on iki min altı yüz doxsan beş manat otuz altı qəpik) manat əsas, 120.02 (bir yüz iyirmi manat iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 12815.38 (on iki min səkkiz yüz on beş manat otuz səkkiz qəpik) manat borcu mövcuddur. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Bankın nümayəndəsi V.Həsənova elektron poçt vasitəsilə məhkəmənin elektron ünvanına xx.xx.2023-cü il tarixli ərizə göndərərək məhkəmə proseslərinin çox olması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan verilmiş sübutlar əsasında baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə bağlanmış CC/64016/80/28 nömrəli kredit sazişi müqaviləsindən görünür ki, həqiqətən "xxxx" ASC ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilələrdən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin şərtinə görə Bank Borcalana 36 ay müddətinə, illik 20 % ödəmək şərtilə 17500 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından belə müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixiə cavabdehin "xxxx" ASC-yə 12695.36 (on iki min altı yüz doxsan beş manat otuz altı qəpik) manat əsas, 120.02 (bir yüz iyirmi manat iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 12815.38 (on iki min səkkiz yüz on beş manat otuz səkkiz qəpik) manat borcu vardır. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqavilələri üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılmasına dair iddia tələbi əsaslı olduğundan təmin olunmalı, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış CC/64016/80/28 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 12695.36 (on iki min altı yüz doxsan beş manat otuz altı qəpik) manat əsas, 120.02 (bir yüz iyirmi manat iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 12815.38 (on iki min səkkiz yüz on beş manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış CC/64016/80/28 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 12695.36 (on iki min altı yüz doxsan beş manat otuz altı qəpik) manat əsas, 120.02 (bir yüz iyirmi manat iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 12815.38 (on iki min səkkiz yüz on beş manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar