Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1555/2025 29.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: 1.İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 dekabr 2014-cü il tarixli, MX/64519/47/3 saylı müqaviləyə əsasən 1128.4 ABŞ dolları əsas, 133.3 ABŞ dolları faiz, 04 iyul 2014-cü il tarixli müqaviləyə əsasən 494.51 manat əsas, 24.74 manat faiz, 3 manat cərimə borcu cəmi 1261.7 ABŞ dolları və 522.25 manat məbləğində 72 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. 3.Belə ki, MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir.
4. “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, iş üzrə cavabdeh qismində qeyd edilən Cavabdeh 05 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. 5.Vəfat etmiş şəxsin vərəsəsi cavabdeh qismində qeyd edilməli olduğu halda, vəfat etmiş şəxs cavabdeh qismində qeyd edilmişdir. 6.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. (Qeyd: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə elektron qaydada təqdim edildiyindən, onların poçt vasitəsilə qaytarılmasına ehtiyac yoxdur). 7.Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu ərizəçi İddiaçı ASC-yə geri qaytarılmalıdır. 8.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu ərizəçi İddiaçı ASC-yə geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov.