Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1568/2025 29.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı X1 Bank Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair iddiasını nəzərdən keçirib, müəyyən etdi: 1.İddiaçı X1 Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı X1 Bank Kredit Təşkilatının xeyrinə Cavabdeh müştərək qaydada **********0231 saylı kredit müqaviləsi üzrə borcun məbləği 549.05 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 549.05 (beş yüz qırx doqquz manat, beş qəpik) AZN, həmçinin, **********0228 saylı kredit müqaviləsi üzrə borcun məbləği 874.56 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 874.56 (səkkiz yüz yetmiş dörd manat, əlli altı qəpik) AZN və ödənilmiş 34.24 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Məhkəmə, daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. 3.Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 4.Həmin Məcəllənin 41-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. 5.İddiaçı X1 Bank Kredit Təşkilatı Cavabdeh qarşı hazırki iddia ərizəsini Naxçıvan Şəhər Məhkəməsinə versə də, elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Şərur rayonu, Kürkənd Ə/D, Kürkənd kəndində qeydiyyatdadır. 6.Belə olan halda hazırki iddia ərizəsinə aidiyyəti üzrə Şərur Rayon Məhkəməsində baxılmalıdır. 7.Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 8.Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı X1 Bank Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. 9.Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı X1 Bank Kredit Təşkilatı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına xx.xx.2025-ci il tarixdə **********13 nömrəli qəbzlə ödənilmiş 37.53 (otuz yeddi manat, əlli üç qəpik) manat dövlət rüsumu ərizəçi İddiaçı X1 Bank Kredit Təşkilatına geri qaytarılmalıdır. 10.Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Bank Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı X1 Bank Kredit Təşkilatı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına xx.xx.2025-ci il tarixdə **********13 nömrəli qəbzlə ödənilmiş 37.53 (otuz yeddi manat, əlli üç qəpik) manat dövlət rüsumu ərizəçi İddiaçı X1 Bank Kredit Təşkilatına geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan MR, Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Aslan Heydarov
Məhkəmə qərarları › İş №e-2(078)-1568/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1568/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver