Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1591/2023 04.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK1001429 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə olan 2992.69 (iki min doqquz yüz doxsan iki manat altmış doqquz qəpik) manat əsas borcu, 473.94 (dörd yüz yetmiş üç manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3466.63 (üç min dörd yüz altmış altı manat altmış üç qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 54.67 (əlli dörd manat altmış yeddi qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən zaman müəyyən edilmişdir ki, tələbi təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, İK1001429 saylı kredit müqaviləsi imzalanmış və cavabdehə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti verilmişdir. Ancaq iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, həmin tarixdə bank tərəfindən 5953 (beş min doqquz yüz əlli üç) manat məbləğində pul cavabdehə verilmiş, qeyd olunan kassa məxaric orderi cavabdeh tərəfindən imzalanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsində göstərilən 10000 (on min) manat məbləğində pulun Cavabdeh verilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK1001429 saylı kredit müqaviləsi bütünlüklə iddia ərizəsinə əlavə olunmamışdır. İddia ərizəsinə əlavə edilən kredit müqaviləsində tərəflərin imzaları yoxdur. Belə olan halda tərəflər arasında həqiqətən kredit müqaviləsinin bağlanıb-bağlanmamasını müəyyənləşdirmək mümkün olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İş üzrə iddiaçı "xxxx" ASC -nə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" ASC Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 284-4-cü maddələrini rəhbər tutaraq qəraraaldım: "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunsun. "xxxx" ASC-nə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1591/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1591/2023
04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver