Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1613/2025 14.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 3386.71 AZN əsas, 441.34 AZN faiz, cəmi 3828.05 AZN məbləğində vəsaitin və ödənilmiş 58.28 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.
3. Belə ki, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.
4. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
5. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
6. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
7. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
8. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia ərizəsi Nümayəndə tərəfindən nümayəndə qismində imzalansa da, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 15/00456/1 nömrəli etibarnamədən görünür ki, onun iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır.
9. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 15/00456/1 nömrəli etibarnamə ilə MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlər, xüsusilə də iddia ərizəsinin imzalanması səlahiyyəti Kreditlərin hüquqi təqibi departamentinin direktoru X3, həmin departamentin məhkəmələrlə iş şöbəsinin müdiri X1, İcra orqanları ilə iş şöbəsinin müdiri X6 və Korparativ və təminatlı kreditlərlə iş şöbəsinin müdiri X2 həvalə edilmişdir.
10. Hazırki iddia ərizəsini imzalayan Nümayəndə və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin digər əməkdaşlarına iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmiş, həmin şəxslərə məhkəmə və İcra qurumlarında təmsilçiliklə bağlı digər salahiyyətlər verilmişdir.
11. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2025-ci il tarixli, GTZK3514716C130 saylı kredit müqaviləsinə əsasən, 3386.71 AZN əsas, 441.34 AZN faiz, cəmi 3828.05 AZN məbləğində borcun və ödənilmiş 58.28 AZN dövlət rüsumunun alınaraq “Kapital Bank ASC-nin xeyrinə tutulmasına dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. (Qeyd: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə elektron qaydada təqdim edildiyindən, onların poçt vasitəsilə qaytarılmasına ehtiyac yoxdur.)
12. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2025-ci il tarixli, GTZK3514716C130 saylı kredit müqaviləsinə əsasən, 3386.71 AZN əsas, 441.34 AZN faiz, cəmi 3828.05 AZN məbləğində borcun və ödənilmiş 58.28 AZN dövlət rüsumunun alınaraq “Kapital Bank ASC-nin xeyrinə tutulmasına dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov.