Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1623/2025 23.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6513,85 (altı min beş yüz on üç manat səksən beş qəpik) manat əsas, 740,25 (yeddi yüz qırx manat iyirmi beş qəpik) manat faiz, 51,89 (əlli bir manat səksən doqquz qəpik) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 7305,99 (yeddi min üç yüz beş manat doxsan doqquz qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 93,06 (doxsan üç manat altı qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 23 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hüseynli X3 Məhkəmə İnformasiya Sistemi vasitəsilə 23 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, ərizədə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün icraatda olduğunu, Cavabdeh xx.xx.2025-ci ildə öldüyünü, yuxarıda qeyd edilənləri nəzərə alaraq "xxxx" KB ASC-nin Cavabdeh qarşı iddia tələbinin geri qaytarılmasını və baxılmamış saxlamasını məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh arvadı X2 02 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində barəsində məhkəmə işi olan Cavabdeh 5 noyabr 2025-ci il tarixdə rəhmətə getdiyini, bununla bağlı ölüm haqqında şəhadətnamənin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 21 noyabr 2025ci il tarixli, AZ-İİ seriyalı, 676830 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 05 noyabr 2025-ci il tarixdə durğunluq ürək çatışmamazlığı səbəbindən Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 noyabr 2025-ci il tarixdə, 383 nömrə ilə qeyd aparılmışdır. Məhkəmə iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 Portalı vasitəsilə 06 noyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 93,06 (doxsan üç manat altı qəpik) manat məbləğində dövlət rüsumu «X5» Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, «X5» Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 Portalı vasitəsilə 06 noyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 93,06 (doxsan üç manat altı qəpik) manat məbləğində dövlət rüsumu «X5» Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1623/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1623/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver