Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1633/2024 15.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “SF X2 Kredit Təşkilatı” MMC-nin xeyrinə 400 manat əsas, 20 manat faiz, 58 manat komissiya və 242 manat cərimə olmaqla, cəmi 720 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirib müəyyən etdim ki, kiçik mübahisələr üzrə iddia ərizəsi imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddianın hüquqi şəxsin özü tərəfindən imzalanması qeyd edilmişdir. Halbuki onun nümayəndəsi ərizəni imzalaya bilərdi. Bununla da, kiçik mübahisələr üzrə iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması nəticəsini yaratmışdır. Ona görə də, kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli e-2(078)-1540 nömrəli qərarı ilə eyni tələb eyni əsaslarla geri qaytarılmış, lakin iddiaçı təşkilat nöqsanları aradan qaldırmayıb yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli e-2(078)-1540 nömrəli qərarı ilə iddia ərizəsi geri qaytarılanda ödənilmiş dövlət rüsumuna münasibət bildirilmiş və rüsumun geri qaytarılmasına qərar verilmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə izah olunmalıdır ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə izah edilsin ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət verilə bilməz. . Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-1633/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1633/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver