Məhkəmə qərarları › İş №e-2(078)-1641/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1641/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1641/2025 23.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, X3 ilə arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə xx.xx.2025-ci il tarixə cəmi borcu 3.342,36 (üç min üç yüz qırx iki dollar, 36 sent) ABŞ dolları-bundan 743,35 (yeddi yüz qırx üç dollar, 35 sent) ABŞ dolları əsas, 458,92 (dörd yüz əlli səkkiz dollar, 92 sent) ABŞ dolları faiz, 1.998,69 (bir min doqquz yüz doxsan səkkiz dollar, 69 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 141,40 (yüz qırx bir dollar, 40 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 76.83 (yetmiş altı manat, 83 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Restrukturizasiya edilmiş kreditin qalıq məbləği 4.936,08 (dörd min doqquz yüz otuz altı dollar, 08 sent) ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi.

3. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə borcluya dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, o, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, borclu həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

4. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh X2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilkin olaraq 02 avqust 2024-cü il tarixli, **********533 nömrəli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon məhkəməsinə müraciət edilmişdir. Cavabdeh X3 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4132/2025 saylı qərardadı ilə mülki işə xitam verilmişdir.

5. Məhkəmə gedişatı zamanı Elektron Məhkəmə informasiya sistemindən alınmış məlumata əsasən müəyyən olunmuşdur ki, cavabdeh X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

6. Bank tərəfindən yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair mirası qəbul etmiş vərəsələr barədə məlumatın və vərəsəlik şəhadətnaməsinin surətinin təqdim olunması barədə müraciət olunmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, X3nın adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində vərəsəlik işi açılmış, xx.xx.1990-cı il təvəllüdlü vərəsə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

7. Yuxarıda qeyd olunanlara əsasən, hal-hazırda cavabdeh qismində Cavabdeh çıxış edir.

8. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, onlar borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.

9. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış N631 nömrəli, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Saziş, cavabdeh tərəfindən məbləğin təhvil alınmasını təsdiq edən kassa sənədi (№1/26/70994776-USD), ödəniş cədvəli, 12-5/2-M-23-10769/2025 nömrəli xx.xx.2025-ci il tarixli maliyyə arayışı və hesabdan çıxarışlardır.

10. Bank ilə X3 arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə xx.xx.2025-ci il tarixə cavabdeh X3nın kredit üzrə cəmi borcu 3.342,36 (üç min üç yüz qırx iki dollar, 36 sent) ABŞ dolları təşkil edir. Bundan 743,35 (yeddi yüz qırx üç dollar, 35 sent) ABŞ dolları əsas, 458,92 (dörd yüz əlli səkkiz dollar, 92 sent) ABŞ dolları faiz, 1.998,69 (bir min doqquz yüz doxsan səkkiz dollar, 69 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 141,40 (yüz qırx bir dollar, 40 sent) ABŞ dolları faiz borcu təşkil edir.

11. Cavabdeh 19 dekabr 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ASC-nin (ləğv prosesindədir) ona qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia qaldırmış və bununla bağlı məhkəmə tərəfindən cavabdehə məktub göndərilmişdir. Məktub və iddia ərizəsi ilə tanış olan zaman ona aydın olmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə mərhum anası X3 arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Restrukturizasiya edilmiş kreditin qalıq məbləği 4.936,08 (dörd min doqquz yüz otuz altı dollar, 08 sent) ABŞ dolları hesablanmışdır.

12. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə borcluya dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, o, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, borclu həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddia ərizəsindən həmçinin ona aydın oldu ki, LPO "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindon cavabdeh X2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair ilkin olaraq 02 avqust 2024-cü il tarixli, **********533 nömrəli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon məhkəməsinə müraciət edilmişdir. Cavabdeh X3 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-4132/2025 saylı qərardadı ilə mülki işə xitam verilmişdir.

13. Məhkəmə gedişatı zamanı Elektron Məhkəmə informasiya sistemindən alınmış məlumata əsasən müəyyən olunmuşdur ki, cavabdeh X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bank tərəfindən yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair mirası qəbul etmiş vərəsələr barədə məlumatın və vərəsəlik şəhadətnaməsinin surətinin təqdim olunması barədə müraciət olunmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, X3nın adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində vərəsəlik işi açılmış, xx.xx.1990-cı il təvəllüdlü vərəsə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

14. Cavabdeh iddia ilə razı deyil. Ona görə ki, iddia ərizəsindən də aydın olur ki, anası Ülkər Məmmədova 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra bank bir neçə il gözləmiş və sonra məhkəməyə müraciət etmişdir, məhkəmə tərəfindən iş üzrə icraata xitam verildikdən sonra yenidən həmin borcun ondan tələb edilməsi əsassızdır. Bundan əlavə Bank tərəfindən kredit müqaviləsi bağladıqdan 11 il sonra, restrukturizasiya edildikdən isə 8 il müddət keçdikdən sonra ondan pulun tələb edilməsi də əsaslı deyildir, çünki müddət keçmişdir.

15. Hər bir halda AR Mülki Məcəlləsində kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddialar üçün konkret olaraq 3 (üç) il müddət nəzərdə tutulmuşdur. Bank tərəfindən bu müddət keçmişdir. Fikrincə mərhum anasına qarşı digər məhkəmədə qaldırılan iddia üzrə iş üzrə icraata xitam verildikdən sonra yenidən həmin tələblə vərəsə kimi ona qarşı qaldırılan iddianın yolverilənliyi müzakırə edilməli, əgər yolveriləndirsə iddia müddəti tətbiq edilərək müddətin keçməsi əsası ilə iddia tələbi rədd edilməlidir. Bunun da nəzərə alınmasını xahiş edir.

16. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə rəsmi məlumat verməmişdir.

17. Məhkəmə işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

18. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 07 avqust 2017-ci il tarixli 2 nömrəli əlavə sazişinə əsasən ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə dəyişikliklərin edilməsi barədə aşağıdakı razılığa gəlmişlər: Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: ● Borcalanın Kreditor qarşışındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") 4936.8 (dörd min doqquz yüz otuz altı ABŞ dolları 8 sent) USD təşkil edir. ● Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. ● Borcalanın Kreditor qarşışındakı kredit öhdəliyinin qalığının tərkibini 3016.64 (üç min on altı ABŞ dolları altmış dörd sent) USD əsas borc, 1506.19 (bir min beş yüz altı ABŞ dolları on doqquz sent) USD faiz borcu və 413.97 (dörd yüz on üç ABŞ dolları doxsan yeddi sent) USD cərimə borcu təskil edir. ● Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. ● Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. 1.3. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 1.4. Borcalan Kreditora kreditin restrukturizasiyasının rəsmiləşdirilməsi üçün (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərclər) bu Müqavilənin 0 (sifir) % məbləğində komissiya haqqı ödəyir. 1.5. Bu Saziş imzalandığı tarixdən etibarən Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu Sazişə əlavə edilir. 1.6. Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, Kreditorun təşəbbüsü ilə X5 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X5 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir.

19. İş materiallarında olan, 15 fevral 2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3nın vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur.

20. İş materiallarında olan 23 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 14 avqust 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə İddiaçı ASC-yə 743.35 (yeddi yüz qırx üç ABŞ dolları otuz beş sent) ABŞ dolları əsas, 458.92 (dörd yüz əlli səkkiz ABŞ dolları doxsan iki sent) ABŞ dolları faiz, 1998.69 (bir min doqquz yüz doxsan səkkiz ABŞ dolları altmış doqquz sent) ABŞ dolları cərimə, 141.40 (bir yüz qırx bir ABŞ dolları qırx sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə 3342.36 (üç min üç yüz qırx iki ABŞ dolları otuz altı sent) ABŞ dolları borcu yaranmışdır.

21. 23 iyun 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

22. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 23.125-ci maddənin Vİİ hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.

25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

30. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

31. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

32. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

34. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

35. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarı:

36. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

Həmçinin, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005ci il tarixli qərarı:

37. Mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarı:

38. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).

39. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

40. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

48. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

49. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

54. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

55. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, hazırkı cavabdehin mərhum anası X3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında Kredit Müqaviləsi bağlanmış və daha sonra 07 avqust 2017-ci il tarixli 2 nömrəli əlavə sazişlə qeyd edilən Kredit Müqaviləsinə dəyişikliklərin edilməsi barədə tərəflər razılığa gəlmiş və Ü.Məmmədovaya verilmiş kredit restruktizasiya edilmişdir. X3 vəfat etdiyindən və ondan qalan miras əmlak hazırkı Cavabdeh tərəfindən qəbul edildiyindən, cavabdeh Mülki Məcəllənin tələbləri baxımından vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduğundan, iddiaçı mərhumun kredi kredit borcunu hazırkı cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

56. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələni aydınlaşdırdıqdan sonra qeyd edir ki, iddia müddəti keçdiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən iddia təmin edilməməlidir.

57. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

58. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına,axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər.

59. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

60. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir.

61. Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi).

62. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

63. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

64. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

65. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

66. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

67. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.

68. Hazırkı iş üzrə tərəflər arasında münasibətlər xx.xx.2014-cü il tarixdən yaranmış, daha sonra kreditin resturiktizasiya edilməsi barədə əlavə saziş bağlanmış və müqavilənin son icra müddəti xx.xx.2021-ci il müəyyən edilmiş və müddətin axımı da həmin tarixdən başlamışdır. Lakin, iddiaçı həmin müddətdən 4 il 3 ay 11 gün keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

69. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 3(üç) illki iddia müddəti keçmiş, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

70. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qаrşı pul tələbinə dаir iddiası iddia müddətini ötürməklə verildiyindən təmin edilməməlidir.

71. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir.

72. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:

Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qаrşı pul tələbinə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar