Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-165/2025 04.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh 55000 (əlli beş min) manat məbləğində pulun və 1925 (bir min doqquz yüz iyirmi beş) manat kompensasiyasının, 255 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xeyli müddətdir ki, tanışdırlar. Cavabdeh Bakı şəhərində elektron siqareti satışı ilə məşğul olurdu. Cavabdeh etibarlı insan kimi tanıdığına görə 55000 manat məbləğində borc pul vermişdir.Razılaşmaya, əsasən, Cavabdeh pulu xx.xx.2021-ci il tarixə qədər qaytarılmalıdır. İddiaçı pulu xx.xx.2021-ci il tarixdə 14 saylı notariat ofisində notariusun iştirakı ilə verib və həmin borcun etirafına dair xx.xx.2024-cü il tarixdə borcun etirafına dair müqavilə bağlayıblar. Cavabdeh həmin pulla sahibkarlıq fəaliyyətini genişləndirəcəyini əlavə iş quracağını və 2 ay müddətində tez qaytaracağını bildirmişdir.Keçən müddət ərzində borcun qaytarılması üçün heç bir hərəkət etməmiş, müqavilə ilə nəzərdə tutulmuş müddət bitmiş, cavabdeh borcu qaytarmamışdır. Hal-hazırda maliyyə çətinliklərinin olduğunu, həmin pula ehtiyacının olduğunu, və məhkəməyə müraciət etməyə məcbur olduğunu bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iclasları İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, iddiaçı kiçik sahibkarlıqla məşğul olur, konkret olaraq elektron siqaret satışı ilə məşğul olur. 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə tərəflər arasında müqavilə bağlanmış, müqavilənin 2-ci bəndinə, əsasən, Cavabdeh borcu qaytarmağı öhdəsinə götürmüş, həmçinin ödəmədiyi hala görə 3.5% kompensasiya öhdəsinə götürmüşdür. Bu günə qədər dəfələrlə yazılı və şifahi olmaqla pulun ödənilməsi ilə bağlı təklif edilmiş, lakin borclu heç bir əhəmiyyət verməmişdir. Cavabdeh keçən iclaslarda borcunu etiraf etmişdir. Buna görə də tərəflər arasında bağlanmış olan xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı 55000 manat borc məbləğinin, 255 manat dövlət rüsumunun, 1925 manat məbləğində kompensasiyanın Cavabdeh tutulması barədə qətnaməsi qəbul edilmisini xahiş etmişdir.Tərəflər arasında 3.5% faizi kompensasiya olaraq qeyd edilmiş vəsaitin tərəflərin necə qəbul etməsini məhkəmənin mülahizəsinə buraxır. Sübutları məhkəməyə təqdim etmişdir. İddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, tam şəkildə materialla tanış deyil, o iddiaçı ilə elektron siqaret fəaliyyəti görmüşdür. O malı xaricdən gətirirdu, vasitəçi kimi iştirak edirdi. Bir yerdə iştirak edərək işi görmüşlər, bunun nəticəsində borc müqaviləsini bağlamışdılar. Yavaşyavaş pulu ödəyə bilər, birdəfəyə ödəyə bilməyəcək. 4 il müddətində borc qaytarmaq barədə razılaşmamıdər, maddi imkanı bir dəfəyə ödəməyə imkan vermir. Onun borc barədə dəftəri vardır. Borc 55000 manat yazılsa da, düzgün deyil, onun borcu həmin məbləğdə deyil. Dəftər 1-2 günə ona veriləcəkdir. Qarşı tərəflə danışmışdır. O da demişdir ki, icrada razılaşacaqdır. Xeyirləri ilə birlikdə 55000 ortada pul var idi. Ziyana da birlikdə şərik olmalıdırlar. Sübutlarını təqdim edəcəkdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə mülki prosessual məcəllənin 185-ci maddəsinin tələblərini nəzərə alaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını, iddiaçının ərizəsini, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 30 noyabr 2021-ci il tarixdə tərtib olunaraq həmin tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 3M-3819 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı Cavabdeh 55000 (əlli min beş yüz) manat borc vermiş, Cavabdeh kredit borcunu xx.xx.2021-ci il tarixədək qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Müqavilənin 2-ci bəndinə, əsasən, “borc alan”- Cavabdeh pulu tam şəkildə xx.xx.2021ci il tarixdə “borc verənə”- İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Qarşılıqlı razılığa, əsasən, “borc alan”- Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətə kredit məbləğini qaytarmadıqda ödəməli olduğu məbləğin 3.5% qədər “borc verənə”- İddiaçı kompensasiya ödəməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli Bakı Şəhəri 14 saylı Notariat Ofisinin notariusu Elmar Əliyevin məktubuna, əsasən, kredit müqaviləsinin kserosurətini təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə bağlanmış borc müqaviləsinə əməl edilməsi ilə əlaqəli pretenziya məktubu göndərilmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyi rəhbər tutan məhkəmə qeyd edir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmədə araşdırılmasından müəyyən edilir ki, tərəflər arasında qanunvericiliyin tələbinə əməl edilməklə borc müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yəni müqavilədə ən azı iki tərəfin iradə ifadəsi öz əksini tapmalıdır. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı borc müqaviləsindən yaranan münasibətlərin olması müəyyən edilmişdir. Müqavilə şərtlərində borcun hansı məqsədlə verilməsi barədə hər hansı qeyd nəzərdə tutulmasa da iddia tələbindən, tərəflərin izahatlarından müəyyən edilmişdir ki, borc məbləği tərəflərin birgə fəaliyyətlərinin nəticəsində yaranmışdır. Elektron məhkəmə informasiya sistemində İddiaçı və Cavabdehun vergi ödəyicisi olmaması müəyyən edilir. Belə olan halda hazırki tələbə baxılması məhz ümumi məhkəmənin səlahiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 6.1, 6.1.2 və 6.1.5-ci maddələrinin mahiyyətindən görünür ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş 55000 (əlli beş min) manatı iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Cavabdeh borcun qeyd edilən miqdarda olmadığını, bununla bağlı sübutları olduunu bildirsə də istinad etdiyi halların təsdiqi üçün sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 55000 (əlli beş min) manat məbləğində pul və 1925 (bir min doqquz yüz iyirmi beş) manat kompensasiya-cərimə alınaraq iş üzrə İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə ********** rüsum nömrəsi ilə "xxxx" vasitəsilə ödənilmiş 256.60 (iki yüz əlli altı manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 55000 (əlli beş min) manat məbləğində pul və 1925 (bir min doqquz iyirmi beş) manat kompensasiya-cərimə alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** rüsum nömrəsi ilə "xxxx" MMC vasitəsilə ödənilmiş 256.60 (iki yüz əlli altı manat altmış qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-165/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-165/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver