Məhkəmə qərarları › İş №e-2(078)-1671/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1671/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1671/2023 21.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Xətai rayon Babək pr. 16 ünvanında yerləşən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair işlər üzrə sadələşdirilmiş iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 2569.84 (iki min beş yüz altmış doqquz manat səksən dörd qəpik) manat borc olmaqla bundan 1884.49 (bir min səkkiz yüz səksən dörd manat qırx doqquz qəpik) manat əsas, 423.01 (dörd yüz iyirmi üç manat bir qəpik) manat faiz və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 262.34 (iki yüz altmış iki manat otuz dörd qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 01 dekabr 2018-ci il tarixli 02/4213/DİK nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 01 dekabr 2018-ci il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********034 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2569,84 (iki min beş yüz altmış doqquz manat səksən dörd qəpik) manat təşkil edir. Bundan 1884,49 (bir min səkkiz yüz səksən dörd manat qırx doqquz qəpik) manat əsas, 423,01 (dörd yüz iyirmi üç manat bir qəpik) manat faiz və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 262,34 (iki yüz altmış iki manat otuz dörd qəpik) manat borcu təşkil edir. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq maddələrinə istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 01 dekabr 2018-ci il tarixli 02/4213/DİK nömrəli kredit müqaviləsindən belə müəyyən olunur ki, həmin tarixdə iddiaçı təşkilat lpo "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən "xxxx" ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün illik 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. 01 dekabr 2018-ci il tarixli 02/4213/DİK nömrəli Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 240.17 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. 01 dekabr 2018-ci il tarixli, 02/4213/DİK nömrəli Zaminlik Müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış Kredit müqaviləsinin üzrə kredit öhdəliyinin təmin edilməsi şərtilə "xxxx" ASC ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan belə müəyyən olunur ki, 01 dekabr 2018ci il tarixli 02/4213/DİK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə "xxxx" ASC-nə 1884.49 (bir min səkkiz yüz səksən dörd manat qırx doqquz qəpik) manat əsas, 423.01 (dörd yüz iyirmi üç manat bir qəpik) manat faiz və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 262.34 (iki yüz altmış iki manat otuz dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2569.84 (iki min beş yüz altmış doqquz manat səksən dörd qəpik) manat borcu yaranmışdır. Borcalan Cavabdeh1 və zamin Cavabdeh2 "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il taixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materialına əlavə edilmiş 01 dekabr 2018-ci il tarixli, 02/4213/DİK nömrəli "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış Zaminlik Müqaviləsinin 2.1-ci bəndində əsasən müqavilə borcalanın 01 dekabr 2018-ci il tarixli 02/4213/DİK nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyət daşıyır. Həmin Müqavilənin 2.1-ci bəndinə görə «Zamin», «Borclu»nun «Bank» qarşısında 02/4213/DİK saylı, 01 dekabr 2018-cü il tarixli kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. Həmin Müqavilənin 4.1-ci bəndinə görə Zaminlik müqaviləsinə aşağıdakı hallarda xitam verilir: -zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habolo zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; -əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; -kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; -zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində «Bank» ın «Zamin» o qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Müddət xx.xx.2019-cu ildə başa çatmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 01 dekabr 2020-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə zaminliklə təmin olunan öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyini nəzərə alıb, Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edir və iddia tələbinin Cavabdeh2 münasibətdə əsaslarının olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh1 01 dekabr 2018-ci il tarixli 02/4213/DİK nömrəli kredit müqaviləsinə əsasən 1884.49 (bir min səkkiz yüz səksən dörd manat qırx doqquz qəpik) manat əsas, 423.01 (dörd yüz iyirmi üç manat bir qəpik) manat faiz və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 262.34 (iki yüz altmış iki manat otuz dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2569.84 (iki min beş yüz altmış doqquz manat səksən dörd qəpik) manat məbləğində borc iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə lpo "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh1 01 dekabr 2018-ci il tarixli 02/4213/DİK nömrəli kredit müqaviləsinə əsasən 1884.49 (bir min səkkiz yüz səksən dörd manat qırx doqquz qəpik) manat əsas, 423.01 (dörd yüz iyirmi üç manat bir qəpik) manat faiz və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 262.34 (iki yüz altmış iki manat otuz dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2569.84 (iki min beş yüz altmış doqquz manat səksən dörd qəpik) manat məbləğində borc iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. İddiaçı Cavabdeh2 münasibətdə rədd edilsin. Lpo "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar