Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1694/2024 16.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi ilə, İddiaçı təşkilat İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş vəsatətə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı təşkilat İddiaçı ASC Cavabdeh qarşı məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə 5592.87 (beş min beş yüz doxsan iki manat səksən yeddi qəpik) manat əsas, 314.69 (üç yüz on dörd manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla cəmi 5907.56 (beş min doqquz yüz yeddi manat əlli altı qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 79.08. (yetmiş doqquz manat səkkiz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16 dekabr 2024-cü il tarixdə saat 10:25-ə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin ünvanına 28 noyabr 2024-cü il tarixdə ərizə göndərərək Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, X1, ev 55 ünvanında yaşadığını, buna görə də onunla bağlı məhkəmə sənədlərinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə Cavabdeh məhkəməyə ünvanladığı vəsatəti nəzərdən keçirib belə hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, mülki işin materiallarında olan aydın olur ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, X1, ev 55 ünvanında qeydiyyatdadır. Cavabdehin qeyd etdiyi hal elektron məhkəmə informasiya sistemindən alınmış məlumatda da öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi yalnışlıqla icraata qəbul edilməsi nəzərə alınaraq iddia cavabdehin qeydiyyatda olduğu yerinə məhkəməsinə aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1 və 45.2-ci maddələrinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Vəsatət təmin edilsin. İddiaçı təşkilat İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-1694/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1694/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver