Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1732/2025 08.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 25 dekabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)251219-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 5.579.50 (beş min beş yüz yetmiş doqquz manat 50 qəpik) manat məbləğində borcun-bundan 5.216,57 (beş min iki yüz on altı manat 57 qəpik) manat əsas borcun, 133,25 (bir yüz otuz üç manat 25 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 229,68 (iki yüz iyirmi doqquz manat 68 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 75.80 (yetmiş beş manat 80 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.
3. Belə ki, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.
4. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
5. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
6. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
7. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
8. Məhkəmə ilk növbədə qeyd edir ki, “Elekton Məhkəmə” İnformasiya Sistemindən görünür ki, hazırki iddia ərizəsi X2 tərəfindən nümayəndə qismində imzalansa da, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 12-5/3-5122/2025 nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi Elnur Quliyev tərəfindən elektron qaydada imzalanmış, lakin, Elnur Quliyevin həmin etibarnaməni imzalamaq səalhiyyətini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir.
9. Belə ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 22 may 2023-cü il tarixli Əmrdən görünür ki, iddia ərizələrini imzalamaq və digər səlahiyyətlər Elnur Quliyevə deyil, Nümayəndə verilmişdir. Həmçinin, iddia ərizəsini imzalayan X1 əsas iş yerinin həmin hüquqi şəxs olması barədə də sənədlər təqdim edilməmişdir.
10. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 25 dekabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)251219-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 5.579.50 (beş min beş yüz yetmiş doqquz manat 50 qəpik) manat məbləğində borcun-bundan 5.216,57 (beş min iki yüz on altı manat 57 qəpik) manat əsas borcun, 133,25 (bir yüz otuz üç manat 25 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 229,68 (iki yüz iyirmi doqquz manat 68 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 75.80 (yetmiş beş manat 80 qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. (Qeyd: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə elektron qaydada təqdim edildiyindən, onların poçt vasitəsilə qaytarılmasına ehtiyac yoxdur.)
11. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı 25 dekabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)251219-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 5.579.50 (beş min beş yüz yetmiş doqquz manat 50 qəpik) manat məbləğində borcun-bundan 5.216,57 (beş min iki yüz on altı manat 57 qəpik) manat əsas borcun, 133,25 (bir yüz otuz üç manat 25 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 229,68 (iki yüz iyirmi doqquz manat 68 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 75.80 (yetmiş beş manat 80 qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov.