Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1812/2025 04.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan Sənaye Sığorta ASC”-nin Cavabdeh qarşı subroqasiya qayadasında pul tələbinə dair iş üzrə QƏTNAMƏ (Açar sözlər: Subroqasiya qayadasında pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı “Azərbaycan Sənaye Sığorta ASC”-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. “Azərbaycan Sənaye Sığorta ASC” ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2085,39 (iki min səksən beş manat, otuz doqquz qəpik) manat sığorta ödənişi məbləğinin və 41(qırx bir) manat dövlət rüsumunun, cəmi 2126,39 (iki min yüz iyirmi altı manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “Azərbaycan Sənaye Sığorta ASC” -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. “Azərbaycan Sənaye Sığorta ASC” ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" MMCyə məxsus olan “Mitsubishi L200”markalı, H023253 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli M0001/19_226 “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır.
3. Cavabdeh, “İnfiniti FX-35” markalı, 10ZN120 dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Mətbuat Prospekti ərazisində, “Mitsubishi L200” markalı, H023253 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur.
4. “İnfiniti FX-35” markalı, 10ZN120 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" MMC tərəfindən 2085,39 (iki min səksən beş manat, otuz doqquz qəpik) manat məbləğində müəyyən edilmişdir. Sığortalı "xxxx" MMC-nin sığorta aktındakı razılığına əsasən həmin məbləği təmir müəssisəsi olan "xxxx" MMC-yə ödənilmişdir.
5. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
6. İş materiallarında olan sığorta şəhadətnaməsinə dair məlumatdan görünür ki, “İnfiniti FX-35” markalı, 10ZN120 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək “Azərbaycan Sənaye Sığorta ASC”-də sığortalanmışdır.
7. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli protokoldan görünür ki, Cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.
8. İş materialında olan Bakı şəhər BPİ BDYPİ-nin TP ******* saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
9. İş materiallarında olan 31 dekabr 2018-ci il tarixli, 1960 nömrəli etibarnamədən görünür ki, OTOKOÇ Azərbaycan MMC X1 müəssisəyə məxsus olan nəqliyyat vasitələrini Respublika ərazisində idarə etmək hüququ verir və ona etibar edir.
10. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hesablama aktından görünür ki,zərər 2085,39 (iki min səksən beş manat, otuz doqquz qəpik) manat təşkil edir.
11. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2085,39 (iki min səksən beş manat, otuz doqquz qəpik) manat “Azərbaycan Sənaye Sığorta ASC” tərəfindən ödəniş eddilmişdir.
Tətbiq edilən hüquq:
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
12. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:
13. Maddə 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;
14. Maddə 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;
15. Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
16. Maddə 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;
17. Maddə 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.
18. Maddə 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;
19. Maddə 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə;
20. Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda.
Mülki Məcəllə
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
23. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
24. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
25. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
26. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
27. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
28. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
31. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
32. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 2085,39 (iki min səksən beş manat, otuz doqquz qəpik) manat sığorta ödənişi məbləği iddiaçı “Azərbaycan Sənaye Sığorta ASC”-nin xeyrinə tutulmalıdır.
33. Belə ki, Bakı şəhər, BPİ BDYPİ-nin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş, "xxxx" ASC xx.xx.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin əvəzi olan 2085,39 AZN məbləğində sığorta ödənişini "xxxx" MMM-nin razılığı ilə "xxxx" MMC servis mərkəzinə ödədikdən sonra "xxxx" ASC-nin bu sığorta hadisəsi nəticəsində "Mıtsubıshı L 200" markalı, H023253 dövlət qeydiyyat nişanlı avtomobil üzrə yaranmış bütün öhdəliklərindən azad olunmudur.Sığortalı "xxxx" ASC-yə qarşı iddiasının olmadığını bəyan etmiş, ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin sığorta ödənişini vermiş "xxxx" ASC-nin istifadə etməsinə etiraz etmişdir.
34. Belə olan halda məhkəmə hesab edir ki, baş vermiş hadisədə cavabdeh təqsirli olduğundan və Azərbaycan Sənaye Sığorta" ASC xx.xx.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin əvəzi olan 2085,39 AZN məbləğində sığorta ödənişini "xxxx" MMM-nin razılığı ilə "xxxx" MMC servis mərkəzinə ödədiyindən, iddiaçı 2085,39 AZN pulu tələb etməkdə haqlı olmuşdur.
35. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə “Azərbaycan Sənaye Sığorta ASC” tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə **********31 nömrəli qəbzlə ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia təmin edilsin. Cavabdeh 2085,39 (iki min səksən beş manat, otuz doqquz qəpik) manat sığorta ödənişi məbləği iddiaçı “Azərbaycan Sənaye Sığorta ASC”-nin xeyrinə ödənilsin. “Azərbaycan Sənaye Sığorta ASC” tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə **********31 nömrəli qəbzlə ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.