Məhkəmə qərarları › İş №e-2(078)-1853/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1853/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1853/2023 21.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Nümayəndə Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Nümayəndə Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1910 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 200 manatın, nəticə etibarilə ümumilikdə 2110 (iki min yüz on) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 41.10 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, penya məbləği düzgün hesablanmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 27 aprel 2023-cü il tarixli, 662 nömrəli Nisyə mal satınalması Müqaviləsindən görünür ki, hər keçən gün üçün aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödənilir. Lakin iddiaçı 200 manat penya pulu tələb etməklə, tələbdə qeyri-dəqiqlik yaratmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1817/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadına əsasən, Nümayəndə tərəfindən 11 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 41.10 (qırx bir manat on qəpik) manat məbləğində dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulmuş, lakin Nümayəndə rüsum ödəməli olduğu halda, 11 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzi yenidən hazırki işə əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 150.0.2-ci maddəsinə görə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 284-3.2 və 284-3.2.4-cü maddələrinə əsasən, kiçik iddialara dair işlər üzrə ərizəsində tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Nümayəndə izah olunmalıdır ki, kiçik mübahisələr üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 263, 264, və 284-4-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Nümayəndə Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Kiçik mübahisələr üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Nümayəndə geri qaytarılsın. Nümayəndə izah olunsun ki, kiçik mübahisələr üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar