Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1868/2023 21.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Maraqlı şəxs Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Maraqlı şəxs Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1520 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 160 manatın, nəticə etibarilə ümumilikdə 1680 (min altı yüz səksən) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 36.80 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, penya məbləği düzgün hesablanmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 iyun 2021-ci il tarixli, 58 nömrəli Nisyə mal satınalması Müqaviləsindən görünür ki, hər keçən gün üçün aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödənilir. Lakin iddiaçı 160 manat penya pulu tələb etməklə, tələbdə qeyri-dəqiqlik yaratmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 284-3.2 və 284-3.2.4-cü maddələrinə əsasən, kiçik iddialara dair işlər üzrə ərizəsində tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1.2-ci maddəsinin məzmununa görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də, Maraqlı şəxs tərəfindən 19 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Maraqlı şəxs izah olunmalıdır ki, kiçik mübahisələr üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 263, 264, və 284-4-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Maraqlı şəxs Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Kiçik mübahisələr üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Maraqlı şəxs geri qaytarılsın. Maraqlı şəxs tərəfindən 19 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Maraqlı şəxs izah olunsun ki, kiçik mübahisələr üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1868/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1868/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver