Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-191/2023 13.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr. 3, məhəllə 1033 ünvanında yerləşən iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1224.57 (bir min iki yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat əsas, 393.20 (üç yüz doxsan üç manat iyirmi qəpik) manat faiz, 693.09 (altı yüz doxsan üç manat doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2310.86 (iki min üç yüz on manat səksən altı qəpik) manat borcun və ödənilmiş 43.11 (qırx üç manat on bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833 % оlmaqla 33 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 775.43 manat ödəniş etmiş və оnun iddiaçıya 1224.57 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır və xx.xx.2022-ci il tarixə 661 gün üçün hesablanmış faiz borcu 393.20 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 661 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 693.09 manat təşkil edir. İddiaçı təşkilat sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001A********** saylı Kredit Müqaviləsinin şərtinə əsasən X1 illik 2.0833 % оlmaqla 33 ay müddətinə 2000 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 3236.74 (üç min iki yüz otuz altı manat yetmiş dörd qəpik) manat əsas, 410.25 (dörd yüz on manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla cəmi 3646.99 (üç min altı yüz qırx altı manat doxsan doqquz qəpik) manat təşkil etmişdir. Borcalan Cavabdeh İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdar edilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən 1224.57 (bir min iki yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat əsas, 393.2 (üç yüz doxsan üç manat iyirmi qəpik) manat faiz, 693.09 (altı yüz doxsan üç manat doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2310.86 (iki min üç yüz on manat səksən altı qəpik) manat məbləğində pul İddiaçı QSC -nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixdə X2 ********** nömrəli qəbzlə ödənilmiş 43.11 (qırx üç manat on bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2023-cü il tarixdə elektron formada daxil olmuş ərizə üzrə xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən 1224.57 (bir min iki yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat əsas, 393.20 (üç yüz doxsan üç manat iyirmi qəpik) manat faiz, 693.09 (altı yüz doxsan üç manat doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2310.86 (iki min üç yüz on manat səksən altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC -nin xeyrinə ödənilsin. İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixdə X2 ********** nömrəli qəbzlə ödənilmiş 43.11 (qırx üç manat on bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-191/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-191/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver