Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-199/2023 19.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin cinayət əməli nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 15.750 (on beş min yeddi yüz əlli) manat pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-1/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh AR Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Cinayət işi üzrə verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq onun və digərlərinin nağd pul vəsaitlərini ələ keçirmək məqsədi ilə dələduzluq edərək, ona və digərlərinə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, təqsirləndirilən şəxs Cavabdeh etibarından sui-istifadə edərək aldatma yolu ilə ona 15.750 (on beş min yeddi yüz əlli) manat məbləğində ziyan vurmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 17 yanvar 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olan iddia ərizəsi və ona əlavə edilən sənədlər Naxçıvan Şəhər Məhkəməsinin Sədri Məmmədov Qabil Neymət oğlunun icraatına qəbul edilmişdir. Cavabdeh 07 fevral 2023-cü ildə etiraz ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək işə baxan hakim Məmmədov Qabil Neymət oğluna etiraz etdiyini bildirmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 06 mart 2023-cü il tarixli 2(108)- 41/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin sədri Məmmədov Qabil Neymət oğluna etdiyi etirazın təmin edilməsinə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işin başqa hakimin sədrliyi ilə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsinə qərar verilmişdir. Mülki iş üzrə 19 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin cəza çəkdiyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsi tərəfindən cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Cavabdeh 13 iyun 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı ona qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasında iştirak etmək istəmədiyini, onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə heç bir etirazının olmadığını qeyd edərək bunu nəzərə alaraq onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Cavabdehin qeyd olunan ərizəsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə baxış iclasının Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında məhkəmə hökmü ilə hər şeyin öz təsdiqini tapdığını, cavabdehin inkar etməsinə baxmayaraq həqiqətən də onu aldadaraq 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində pulunu aldığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 06 aprel 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının iddia ərizəsində qeyd etdiklərinin yalan olduğunu, iddianı qəbul etmədiyini, iddiaçıdan heç vaxt pul almadığını, ümumiyyətlə özünün heç kəsdən pul almadığını, özünün əsassız yerə təqsirli sayıldığını bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Şərur rayon Şəhriyar kənd sakini İddiaçı etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə İddiaçı heç bir səlahiyyətə malik olmadığı halda özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi X1 kimi təqdim etməklə, vəzifəli şəxslər yanında sözünün keçdiyinə dair həqiqətə uyğun olmayan məlumatlar verərək, hər hansı bir səlahiyyətə malik olmadan, əlillik pensiyası təyin etmək və digər məsələləri də həll etmək imkanının olduğuna inandırmış və bundan sonra 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin oktyabr ayınadək olan dövr ərzində İddiaçı ona İİ qrup əlillik dərəcəsinin təyin olunması üçün 1550 manat, "Müharibə veteranı" statusu alması üçün 1000 manat, veteranlara verilən evlər üçün qeydiyyata salınmasına görə 1500 manat, oğlu X41 MR Ədliyyə Nazirliyinə, digər oğlu X32 Bank ASC-yə işə düzəltmək üçün müvafiq olaraq 4000 manat və 3200 manat, arvadı X10 pensiya təyin olunması üçün 1500 manat, Ramin Hacıyevin "KİA" markalı avtomobilini almaq üçün ilkin ödəniş kimi 3000 manat olmaqla ümumilikdə xeyli miqdarda, yəni 15750 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Həmçinin, Cavabdeh təkrar, İddiaçı başqa şəxslərə də əmək pensiyası təyin edə biləcəyinə, pensiyası dayandırılan şəxslərin pensiyalarını da bərpa edəcəyinə inandıraraq, belə istəyi olan şəxsləri ona yönləndirməsini demiş və bundan sonra İddiaçı Cavabdeh dələduzluq yolu ilə özgə əmlaklarını ələ keçirmək niyyətində olduğunu bilmədən onun vasitəçiliyi ilə müraciət etmiş Naxçıvan şəhər Bulqan kənd sakini X14 onun arvadı X15 dayandırılmış əlillik pensiyasını 1200 manat müqabilində bərpa edəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verib aldatmış və bundan sonra 2021-ci ilin sentyabr ayında Naxçıvan şəhəri ünvan 1 ünvanında yerləşən "Çəmən" marketin qarşısında İ.Rzayevlə görüşmüş və ondan 1200 manat pul alaraq zərərçəkmiş şəxsə ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X4 1700 manat müqabilində Şərur Rayon Xəstəxanasında xadimə kimi işə düzəldəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verərək, X3 həmin məqsədlə göndərdiyi 1700 manat pulu İddiaçı alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə tanış olduğu Şərur rayon Xələc kənd sakini X7 heç bir səlahiyyətə malik olmadığı halda özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi X1 kimi təqdim edərək, onu veteranlara veriləcək evlərin növbəsinə yazdıracağı barədə, həmçinin arvadı X5 əlillik pensiyası təyin etdirəcəyinə dair yalan vəd verərək ondan, ev növbəsinə yazılmasına görə 2550 manat, arvadı X5 əlillik pensiyası təyin olunmasına görə isə 2000 manat olmaqla ümümilikdə 4550 manat pulu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X23 2500 manat qarşılığında Şərur Rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım avtomobilinin sürücüsü kimi işə qəbul etdirəcəyinə, arvadı X24 isə 2500 manat qarşılığında əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə H.Əliyevin İddiaçı ilə göndərmiş olduğu ümumilikdə 5000 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X8 gəlini X19 əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə F.Məmmədovanın İddiaçı ilə göndərmiş olduğu 2500 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X11 Culfa rayon Mərkəzi Xəstəxanasının istismar müddəti bitmiş "UAZ” markalı avtomobilini onun adına özəlləşdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə M.İsmayılovun İddiaçı ilə göndərmiş olduğu 1200 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X20 onun dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə A.Qurbanovun İddiaçı ilə göndərmiş olduğu 2500 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X16 əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə Ü.Tağıoğlunun İddiaçı ilə göndərmiş olduğu 2800 manat pulunu aldadıb alaraq etibardan suiistifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X12 1700 manat müqabilində Şərur Rayon Xəstəxanasında xadimə kimi işə düzəldəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verərək, X9 həmin məqsədlə göndərdiyi 1700 manat pulu İddiaçı aldadıb alaraq etibardan suiistifadə və aldatma dələduzluq yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X6 əmək pensiyası düzəltdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə A.Kərimovun İddiaçı ilə göndərmiş olduğu 1600 manat pulunu aldadıb alaraq etibardan suiistifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X13 onun dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə İ.Abdullayevin İddiaçı ilə göndərmiş olduğu 2800 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X17 onun oğlu Elçin Qəribovun dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə M.Qəribovun İddiaçı ilə göndərmiş olduğu 1500 manat pulunu 2021-ci ilin oktyabr ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X26 qızı Kənanə Heydərovanı 3000 manat qarşılığında Şərur rayon Mərkəzi Xəstəxanasında tibb bacısı kimi işə qəbul etdirəcəyi ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə A.Heydərovun İddiaçı ilə göndərmiş olduğu 3000 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan əlavə Cavabdeh təkrar, İddiaçı vasitəçiliyi ilə müraciət etmiş X21 onun anası X22 dayandırılmış pensiyasını bərpa etmək ilə bağlı heç bir səlahiyyətə malik olmadığı halda yalan vəd verməklə M.Əliyevin İddiaçı ilə göndərmiş olduğu 1300 manat pulunu 2021-ci ilin avqust ayında aldadıb alaraq etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç il) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd etmişdir ki, preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əməli törətməsi, dələduzluq əməli nəticəsində iddiaçının 15750 manat məbləğində pulunu ələ keçirməsi qeyd olunan məhkəmə hökmü ilə təsdiq olunur və həmin hökm hazırda məhkəmə üçün cavabdehin iddiaçının pulunu dələduzluq yolu ilə ələ keçirməsinə dair hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan iş materialı kimə mülki işə əlavə edilən Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən də görünür ki, Cavabdeh tərəfindən İddiaçı 15750 manat məbləğində maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -15.750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -iş üzrə Cavabdeh 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iş üzrə İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 15.750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə Cavabdeh 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iş üzrə İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-199/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-199/2023
19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver