Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-200/2023 24.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3803.47 (üç min səkkiz yüz üç manat qırx yeddi qəpik) manat əsas, 326.46 (üç yüz iyirmi altı manat qırx altı qəpik) manat faiz, cəmi 4129.93 (dörd min yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 61.70 (altmış bir manat yetmiş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 4400 (dörd min dörd yüz) manat məbləğində kredit verildiyini, bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 17 noyabr 2021-ci il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlandığını, Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 19 dekabr 2022-ci il tarixə əsas borcunun 3803.47 (üç min səkkiz yüz üç manat qırx yeddi qəpik) manat, faiz borcunun 326.46 (üç yüz iyirmi altı manat qırx altı qəpik) manat, cəmi borcun 4129.93 (dörd min yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktublarının da cavabsız qaldığını, bununla da cavabdehin Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetrirmədiyini və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurətinin yarandığını, hal-hazırda cavabdehin Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcunun 4129.93 (dörd min yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat təşkil etdiyini, bu borcun da cavabdeh tərəfindən ödənilməsinin təmin edilməli olduğunu, bunları nəzərə alaraq, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3803.47 (üç min səkkiz yüz üç manat qırx yeddi qəpik) manat əsas, 326.46 (üç yüz iyirmi altı manat qırx altı qəpik) manat faiz, cəmi 4129.93 (dörd min yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 61.70 (altmış bir manat yetmiş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak krediti məqsədləri üçün 36 (otuz altı) ay müddətinə (17 noyabr 2024-cü il tarixədək) 4400 (dörd min dörd yüz) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 16.5% təşkil edir. Maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 19 dekabr 2022-ci il tarixə 3803.47 (üç min səkkiz yüz üç manat qırx yeddi qəpik) manat əsas borc və 326.46 (üç yüz iyirmi altı manat qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 4129.93 (dörd min yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat məbləğində borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 17 yanvar 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 18 yanvar 2023cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3803.47 (üç min səkkiz yüz üç manat qırx yeddi qəpik) manat əsas borc və 326.46 (üç yüz iyirmi altı manat qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 4129.93 (dörd min yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 61.70 (altmış bir manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak krediti məqsədləri üçün 36 (otuz altı) ay müddətinə (17 noyabr 2024-cü il tarixədək) 4400 (dörd min dörd yüz) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 16.5% təşkil edir. Maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 19 dekabr 2022-ci il tarixə 3803.47 (üç min səkkiz yüz üç manat qırx yeddi qəpik) manat əsas borc və 326.46 (üç yüz iyirmi altı manat qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 4129.93 (dörd min yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3803.47 (üç min səkkiz yüz üç manat qırx yeddi qəpik) manat əsas borc və 326.46 (üç yüz iyirmi altı manat qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 4129.93 (dörd min yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 61.70 (altmış bir manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-200/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-200/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver