Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-241/2023 24.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 01 oktyabr 2018-ci il tarixli, İK0110/03 saylı kredit müqaviləsinə əsasən 19 yanvar 2023-cü il tarixə olan 883.75 (səkkiz yüz səksən üç manat yetmiş beş qəpik) manat əsas borc, 319.41 (üç yüz on doqquz manat qırx bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1203.16 (min iki yüz üç manat on altı qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.61 (otuz manat altmış bir qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirib müəyyən etdim ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 32.03 (otuz iki manat üç qəpik) manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 30.61 (otuz manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki iddia ərizəsinə əlavə olunmuş 20 yanvar 2023-cü il tarixli qəbzdən məlum olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin tarixdə 30.61 (otuz manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Yəni, 32.03 (otuz iki manat üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 150.0.2-ci maddəsinə görə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 yanvar 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30.61 (otuz manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 yanvar 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30.61 (otuz manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-241/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-241/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver