Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-250/2023 26.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin qaytarılması barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə elektron ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyənetdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 03 sentyabr 2020-ci il tarixli, İK0309/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7842.82 (yeddi min səkkiz yüz qırx iki manat 82 qəpik) manat əsas borc, 1063.13 (bir min altmış üç manat 13 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 8905.95 (səkkiz min doqquz yüz beş manat 95 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 109.06 (yüz doqquz manat 06 qəpik) manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iş üzrə Cavabdeh1 Şahbuz rayon, Biçənək kəndində, Cavabdeh2 isə Şahbuz rayon 28 May 18/3 ünvanında qeydiyyatdadır. Bu fakt elektron məhkəmə sistemində şəxsiyyət vəsiqəsi məlumatlarında da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmin maddəyə görə iş ərazi aidiyyətinə görə həmin məhkəmədə baxılmalı deyilsə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X2 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 109.06 (yüz doqquz manat 06 qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X2 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 109.06 (yüz doqquz manat 06 qəpik) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-250/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-250/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver