Məhkəmə qərarları › İş №e-2(078)-256/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-256/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-256/2025 11.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank of Baku” ASC-nin xeyrinə 15032.44 (on beş min otuz iki manat qırx dörd qəpik) manat əsas borc, 25.08 (iyirmi beş manat səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 15057.52 (on beş min əlli yeddi manat əlli iki qəpik) manat borcun və 136 (yüz otuz altı) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat məhkəmənin elektron ünvanına 24 yanvar 2025-ci il tarixli tələbin azaldılması barədə ərizə göndərmiş və ərizədə iddia tələbinin həcminin azaldılaraq hazırda borcun məbləğinin 14252.28 (on dörd min iki yüz əlli iki manat iyirmi səkkiz qəpik) manat əsas borc, 15.84 (on beş manat səksən dörd qəpik) manat faiz borcun olduğunu qeyd etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qərardadı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçı təşkilat tərəfindən məhkəmənin elektron ünvanına göndərilmiş iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi nəzərə alınmış, iddia tələbinə Cavabdeh Bank of Baku” ASC-nin xeyrinə 14252.28 (on dörd min iki yüz əlli iki manat iyirmi səkkiz qəpik) manat əsas borcun, 15.84 (on beş manat səksən dörd qəpik) manat faiz borcunun tutulması çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı ASC-yə və Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan keçirilmişdir. İddiaçı ASC məhkəməyə ərizə göndərərək, mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı ASC mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyinə və Cavabdeh da məhkəmə baxışı iclasında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, İddiaçı ASC tərəfindən 10 dekabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən 10 dekabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar