Məhkəmə qərarları › İş №e-2(078)-262/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-262/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-262/2024 10.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Nümayəndə Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Nümayəndə Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 aprel 2021-ci il tarixli, 150 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borcun, buna hesablanmış penya pulu olan 110 (yüz on) manatın, 11 aprel 2021-ci il tarixli, 151 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borcun, buna hesablanmış penya pulu olan 110 (yüz on) manatın, ümumilikdə iki müqaviləyə görə yaranan 2200 (iki min iki yüz) manat əsas borcun, gecikdirilmiş penya pulu olan 220 (iki yüz iyirmi) manatın, nəticə etibarilə 2420 (iki min dörd yüz iyirmi) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 42 (qırx iki) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, penya məbləği düzgün hesablanmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 11 aprel 2021-ci il tarixli, 150 və 151 nömrəli Nisyə mal satınalması Müqavilələrindən görünür ki, hər keçən gün üçün aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödənilir. İddia ərizəsində isə gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun tutulduğu göstərilmişdir. Bununla da, iddiaçı hər müqaviləyə görə 110 manat penya pulu tələb etməklə, tələbdə qeyri-dəqiqlik yaratmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1885/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qərardadına əsasən, Nümayəndə tərəfindən 21 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulmuş, lakin Nümayəndə rüsum ödəməli olduğu halda, 21 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzi yenidən hazırki işə əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 150.0.2-ci maddəsinə görə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 284-3.2 və 284-3.2.4-cü maddələrinə əsasən, kiçik iddialara dair işlər üzrə ərizəsində tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Nümayəndə izah olunmalıdır ki, kiçik mübahisələr üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 263, 264, və 284-4-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Nümayəndə Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Kiçik mübahisələr üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Nümayəndə geri qaytarılsın. Nümayəndə izah olunsun ki, kiçik mübahisələr üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar