Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-273/2022 18.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bankla Cavabdeh1 arasında bağlanmış 10.02.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 13378.78 (on üç min üç yüz yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borcu, 1171.37 (bir min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat faiz, cəmi 14550.15 (on dörd min beş yüz əlli manat on beş qəpik) manat borcun, həmçinin ödənilmiş 133.30 (yüz otuz üç manat otuz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında 10.02.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün nağd şəkildə istifadə olunmaqla 48 ay müddətinə 13900 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı təşkilat arasında həmin tarixdə 1036118/21663 saylı zaminlik müqaviləsi bağlanmış, cavabdeh Müqaviləyə kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüş, ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay hissələrlə Banka ödənilməli olsa da, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuşdur. Ərizədə qeyd edilmişdir ki, cavabdehin 21.01.2022-ci il tarixinə Banka 13378.78 (on üç min üç yüz yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borcu, 1171.37 (bir min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat faiz, cəmi 14550.15 (on dörd min beş yüz əlli manat on beş qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 13378.78 (on üç min üç yüz yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borcu, 1171.37 (bir min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat faiz, cəmi 14550.15 (on dörd min beş yüz əlli manat on beş qəpik) manat borcun, həmçinin ödənilmiş 133.30 (yüz otuz üç manat otuz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi C.Cavadov məhkəmənin ünvanına 18.02.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə ərizə göndərərək iddianı müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh1 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında həqiqətən onunla iddiaçı təşkilat arasında 10.02.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə (10.02.2025-ci il tarixədək) illik 24 % dərəcəsi ilə hesablanmaqla 13900 (on üç min doqquz yüz) manat məbləğində kredit verildiyini, müqavilə üzrə tərəflərin bir sıra öhdəliklər götürdüyünü, kredit müqaviləsi öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı təşkilat arasında həmin tarixdə 1036118/21663 saylı zaminlik müqaviləsi bağlandığını, maddi imkanı olmadığı üçün üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirə bilmədiyini, borc öhdəliyini inkar etmədiyini, borcu ödəməyə razı olduğunu, borcunun hissə-hissə ödəyəcəyini bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkilatın ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş 10.02.2021ci il tarixli ******* saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən Borc verən Borc alana istehlak məqsədi ilə 48 ay müddətinə (10.02.2025-ci il tarixədək) illik 24 % dərəcəsi ilə hesablanmaqla 13900 (on üç min doqquz yüz) manat məbləğində kredit vermiş, kredit üzrə illik faiz dərəcəsi (FİFD) 25.20 % təşkil edir. İş materiallarına əlavə edilmiş 10.02.2021-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər ******* saylı Kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. 10.02.2021-ci il tarixdə bağlanmış ******* saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh2 arasında 10.02.2021-ci il tarixdə 1036118/21663 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 ilə Bank arasında 10.02.2021-ci il tarixdə bağlanmış ******* saylı Kredit müqaviləsi üzrə 21.01.2022-ci il tarixinə Banka 13378.78 (on üç min üç yüz yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borcu, 1171.37 (bir min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat faiz, cəmi 14550.15 (on dörd min beş yüz əlli manat on beş qəpik) manat borcu mövcuddur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı Bank tərəfindən 07.01.2022-ci il tarixdə 07/05-36 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddiası təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13378.78 (on üç min üç yüz yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borcu, 1171.37 (bir min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat faiz, cəmi 14550.15 (on dörd min beş yüz əlli manat on beş qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 27.01.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 133.30 (yüz otuz üç manat otuz qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13378.78 (on üç min üç yüz yetmiş səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borcu, 1171.37 (bir min yüz yetmiş bir manat otuz yeddi qəpik) manat faiz, cəmi 14550.15 (on dörd min beş yüz əlli manat on beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 27.01.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 133.30 (yüz otuz üç manat otuz qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-273/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-273/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver