Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-275/2025 13.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 7200.81 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 22.88 manat faiz borcu olmaqla, cəmi 7223.69 manat məbləğində, BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 3185.95 manat əsas borc, 63.41 manat faiz borcu olmaqla, cəmi 3249.36 manat məbləğində kredit borclarının, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121.42 manat dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə X11 arasında bağlanmış BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən X6 illik 22.9 faizlə 48 ay müddətinə 7700 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə X11 arasında BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 7-ci bəndinə əsasən borcalana 300 manat məbləğində kredit xətti açılmış və o, qeyd edilən kredit xəttindən istifadə etmişdir. X11 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və ölüm faktı Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2024-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqavilələri üzrə borc qaldığından tərəflərindən sorğu verilmiş və Naxçıvan Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisindən əldə edilən xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakından tam hissədə pay almışdır. Maliyyə arayışlarından da göründüyü kimi, xx.xx.2024-cü il tarixə borcalanın banka BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 7200.81 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 22.88 manat faiz borcu olmaqla, cəmi 7223.69 manat məbləğində kredit borcu, BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 3185.95 manat əsas borc, 63.41 manat faiz borcu olmaqla, cəmi 3249.36 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında tərəflərindən xx.xx.2024-cü il tarixdə bildirişlər (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilmiş, cavabdeh qeydiyyatda olduğu ünvanda bildirişi imza etməklə, şəxsən qəbul etmişdir. Həmçinin, Notariat Ofisindən əldə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, cavabdeh Tağıyev X21 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında qeydiyyatdadır. Beləliklə, borcalanın müqavilələr üzrə kredit borcu mirası qəbul etmiş vərəsə tərəfindən ödənilmədiyi üçün borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 10473.05 manat olduğundan, tərəflərindən 121.42 manat dövlət rüsumu və bank xidmət haqqı ödənilmişdir. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə1 elektron poçt vasitəsilə məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə göndərərək, iddianı tam müdafiə etdiklərini və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh məhkəməyə verdiyi izahatında yoldaşının 1 ildir vəfat etdiyini, şəkər xəstəsi olduğunu, evin özünün olduğunu, evin öz adına olduğunu, 3 oğlunun olduğunu, yoldaşı vəfat edəndə özünün burda olmadığını, oğluna etibarnamə verərək dəfn müavinəti və s. işləri oğlunun gördüyünü, özünün kreditdən məlumatının olmadığını, mülk məsələsində evin özünün adına olduğunu, göstərilən ünvanda qeydiyyatda olduğunu, yoldaşının borclara görə intahar etdiyini, çoxlu borcları olduğunu, özünün Rusiyadan gələndən 10 gün sonra yoldaşının vəfat etdiyini, boşanmaq istədiyini, çoxlu problemlərin olduğunu, lakin bir neçə gün sonra intahar hadisəsinin baş verdiyini, intahar səbəbinin də borcları olduğunu, yeni Naxçıvandakı evi 25000 ə satdığını, 2007-ci ildə 30000-ə bu evi aldığını, mərhum yoldaşı ilə 1991-ci ildə nikaha daxil olduqlarını, nikahdan əvvəl evin özünün adına olduğunu, avtomobillərinin olmadığını, ev əşyalarının evlilik dövründə alındığını, evdəki əşyaları özünün öz əməyi ilə aldığını, mərhumun bütün borclarını əziyyətlə ödədiyini, borc alıb geyimə xərclədiyini, sonra yenə satdığını, nə etdiyini özünün də bilmədiyini, heç bir qızılının zinyət əşyasının olmadığını, hamısını lombarda qoyduğunu, sonra da batdığını, vəfatından sonra təxminən 12000-13000 borcunu ödədiyini, hər gün ona borc sahiblərinin zəng etdiyini, artıq bezdiyini, 30 ildir ki mərhumun sağlığından bəri borc təmizlədiyini, bankdan götürdüyü pulu rüşvət kimi müdir olmaq üçün verdiyini yazıb qoyduğunu, lakin kimə verdiyini yazmadığını, heç bir məlumatının olmadığını, evi 2007-ci ildə alqı-satqı ilə 30000 manata aldığını, əvvəlki evi dövlətin verdiyini, evlilikdən qabaq verildiyini, atasının növbəyə durub aldığını, atasının da evi özünün adına çevirdiyini, 1 ay içərisində köhnə evi satıb 2007 də iyul ayında üç dörd min pul qoyub yeni ev aldığını, evdəki əşyaların çoxusunun köhnə evdən daşındığını, son 3-4 il əvvəl Rusiyadan pul göndərib mebelləri yenilədiyini, köhnə evdəki mebelləri də qonşularından aldıqlarını, mebellərin köhnə mebellər olduqlarını, yeni evi aldıqdan sonra 6/7 il əvvəl evi başdan təmir etdiyini, lap əvvəl evi alanda naves vurduğunu, başqa təmir işləri də gördüyünü, qızılının olmadığını, qızıllarını lombarda qoyub 600/700 manat pul götürüb borclarına verdiyini, sonra 2 qızılı götürüb İcra Hakimiyyəti tərəfdəki lombarda qoyub o pulu da xərclədiyini, öz valideynlərinin mərhuma aldığı brillianları da satıb xərclədiyini, heç bir qızılının zinət əşyasının qalmadığını, yoldaşının banka borcu olduğunu yoldaşı öləndən sonra bildiyini, o pulu götürüb nə evə nə uşaqlara xərcləmədiyini, heç kəsin məlumatının olmadığını, pulu nə etdiyini, nəyə xərclədiyini bilmədiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən 21 may 2024cü il tarixdə verilmiş AZ-İİ 673403 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X11 29 aprel 2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş BPM**********04 nömrəli, 24 noyabr 2023-cü il tarixli İstehlak Kredit Müqaviləsinin surətindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə cavabdeh X11 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən, X6 illik 22.9 faizlə 48 ay müddətinə 7700 (yeddi min yeddi yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışının surətinə əsasən, X4 banka 7200.81 (yeddi min iki yüz manat səksən bir qəpik) manat əsas borc və X4 vəfat etdiyi tarixə qədər hesablanmış 22.88 (iyirmi iki manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 7223.69 (yeddi min iki yüz iyirmi üç manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə olunmuş BPM**********04 nömrəli, 24 noyabr 2023-cü il tarixli İstehlak Kredit müqaviləsinə 1 nömrəli əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş BPM**********04 nömrəli, 24 noyabr 2023-cü il tarixli İstehlak Kredit Müqaviləsinin surətindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə cavabdeh X11 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən, 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışının surətinə əsasən, X4 banka 3185.95 (üç min yüz səksən beş manat doxsan beş qəpik) manat əsas borc və 63.41 (altmış üç manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3249.36 (üç min iki yüz qırx doqquz manat otuz altı qəpik) manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə olunmuş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətinə əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 118 nömrəli, 12 may 2025-ci il tarixli məktubuna əsasən, mərhum X11 ilə bağlı Naxçıvan şəhər 3 saylı Notariat Ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarına əlavə olunmuş 09 oktyabr 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakından tam hissədə pay almışdır. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 haqq-hesab məbləği 522.35 (beş yüz iyirmi iki manat otuz beş qəpik) manat, dəfn üçün müavinətin məbləğ 1760.73 (bir min yüz altmış manat yetmiş üç qəpik) manat, cəmi məbləğ 2283.08 (iki min iki yüz səksən manat səkkiz qəpik) manat pul vəsaitindən ibarətdir. İş materiallarına əlavə olunmuş 27 may 2024-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, X15 və X16 xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 irs qalmış mirasın onlara çatası hissəsindən imtina etdiklərini bildirmişlər. İş materiallarına əlavə olunmuş 23 may 2024-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, Nümayəndə3, X9 və X12 xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 onlara çatan miras paylarını qəbul etmədiklərini, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişlər. İş materiallarına əlavə olunmuş 27 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən, cinayət işinin başlanması rədd edilmiş, mərhumə X6 məxsus “Samsung Galaxy A51” markalı mobil telefon mərhumənin əri Cavabdeh qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh ilə X13 arasında 22 noyabr 1991-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Tağıyeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən 13 may 2024-cü il tarixdə verilmiş 4375 inventar nömrəli fərdi yaşayış evinin pasportunun surətinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 28 noyabr 2024-cü il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqavilələrinin şərtləri yerinə yetirilməmişdir. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. İş üzrə təqdim edilmiş materiallardan aydın olur ki, "xxxx" ASC ilə X11 arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilərək X6 xx.xx.2023-cü saylı kredit müqaviləsi üzrə 7700 manat məbləğində kredit verilmişdir. Əlavə olaraq X6 3300 manat məbləğində kredit xətti açılmış və qeyd edilən kredit xəttindən istifadə etmişdir. X11 29 aprel 2024-cü il tarixdə intihar etmş və Naxçıvan şəhərində vəfat etmiş. Naxçıvan şəhər Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş məktubdan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vərəsəlik işi rəsmiləşdirilərək X4 vərəsəsi Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin məktubuna əsasən son haqq-hesab olan 522.32 manat və dəfn üçün müavinət 1760.73 manat olmaqla cəmi 2283.08 manat pul vəsaitindən ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə borclu şəxs X11 vəfat etdiyindən, ondan miras qalmış pay onun vərəsəsi Cavabdeh tərəfindən qəbul edildiyindən, hazırkı iş üzrə qanun üzrə vərəsə Cavabdeh "xxxx" ASC ilə X11 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə ona çatan miras payı həcmində cavabdeh olduğundan kredit müqaviləsi üzrə yaranmış borcun cavabdeh hazırkı iş üzrə mirası qəbul etmiş vərəsə Cavabdeh X3 miras qalmış 522.35 (beş yüz iyirmi iki manat otuz beş qəpik) manat məbləğinin miras əmlak kütləsi hesab edilən həcmdə ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307- ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin 1307-ci maddəsinin məzmunu onunla əlaqədardır ki, borcun mirasdan çox olduğunu sübut etmək yükü vərəsənin üzərinə qoyulur, yəni mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir, bu halda məhkəmə araşdırması mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilməkdən cavabdehin sübut etmə yükünə uyğun sübutlarını təqdim etməkdən ibarətdir. Cavabdeh izahatında miras qoyanın məhz borcları səbəbindən intihar etdiyini, bu barədə müvafiq prokurorluq orqanında araşdırma aparıldığını, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Bununla bağlı məhkəmənin sorğusu əsasında Naxçıvan Şəhər Prokurorluğu tərəfindən sözügedən qərar məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə X4 adına daşınmaz əmlakın olub-olmaması barədə məlumatların məhkəməyə göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur. Eləcə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinə X4 adına hər hansı nəqliyyat vasitəsinin olubolmaması barədə məlumat verilməsi barədə məhkəmə tərəfindən sorğu verilmişdir. Verilmiş sorğulara uyğun müvafiq cavablarda X4 adına daşınmaz əmlakın və nəqliyyat vasitəsinin qeydə alınmadığı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndindən aydın olur ki, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsindən aydın olur ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu qeyd edilənlər onu deməyə imkan verir ki, mərhum X3 miras qalmış əmlak kimi onun ailə üzvlərinə verilən orta aylıq əmək haqqının üç misli miqdarında1760.73 (bir min yeddi yüz altmış manat yetmiş üç qəpik) dəfn müavinət miras kütləsinə daxil deyil. X1 son haqq-hesab məbləği olan 522.35 (beş yüz iyirmi iki manat otuz beş qəpik) miras kütləsinə daxil olan əmlak hesab edilməlidir. Belə ki, həmin pul məbləği adından da göründüyü kimi son haqqıhesab olmaqla miras qoyanın vəfat edənə qədər almalı olduğu əmək haqqı məbləğidir. Eyni zamanda məhkəmə hesab edir ki, bu məbləğ tam şəkildə miras kütləsi hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) Göründüyü kimi ailə qanunvericiliyi ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək fəaliyyəti nəticəsində əldə etdikləri gəlirləri də daxil edir. Buna görə də X2 haqq-hesab məbləği olan 522.35 (beş yüz iyirmi iki manat otuz beş qəpik) pulun yarısı 261.18 (iki yüz altmış bir manat on səkkiz qəpik) manat Cavabdeh mülkiyyəti hesab edilməklə qalan 261.18 (iki yüz altmış bir manat on səkkiz qəpik) manat miras kütləsinə daxil edilməlidir və həmin miras əmlakı cavabdeh qəbul etdiyindən ona münasibətdə də borcu ödəmək məsuliyyəti yaranmış hesab edilməli və bank qarşısında cavabdehliyi həmin hissədə müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə Cavabdeh miras qoyanın borclarının miras kütləsindən çox olduğunu sübut etməsi nəticəsinə gəlir və qeyd edir ki, bunun üçün mötəbər sübut cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardır. Həmin qərarda araşdırma zamanı müəyyən edilmişdir ki, 21 mart 1972-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq anası, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində və Şərur rayon X33 Musiqi Məktəbində xor müəlliməsi vəzifəsində işləmiş. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış X11 əvvəllər də iki dəfə müxtəlif şəxslərə borclanmış, ailə üzvlərinin dəstəyi ilə həmin borclar ödəndikdən sonra o, aldığı geyimə, qızıl-zinət əşyalarına və ev əşyalarına görə Azərbaycan Beynəlxalq Bankına 10.440 (on min dörd yüz qırx) manat, Naxçıvan Şəhərində Lombard fəaliyyəti ilə məşğul olan X14 400 (dörd yüz) manat və X10 3940 (üç min doqquz yüz qırx) manat, “Güvənli" kredit təşkilatının Naxçıvan şəhərində yerləşən Zəfər filialına 340.96 (üç yüz qırx manat 96 qəpik) manat, geyim satışı ilə məşğul olan Cahan İsgəndərovaya 7000 (yeddi min) manat, Təhminə Tağıyevaya 2075 (iki min yetmiş beş) manat və Sünbül Abbasovaya 3050 (üç min əlli ) manat, qızıl satışı ilə məşğul olan Aişən Hacıyevaya 2325 (iki min üç yüz iyirmi beş) manat və Sahibə İsmayılxanhya 1110 (bir min yüz on) manat, xırdavat satışı ilə məşğul olan Əsgər Zamanova 121 (bir yüz iyirmi bir) manat olmaqla ümumilikdə yaranmış 30801.96 manat (otuz mtn səkkiz yüz bsr manat 96 qəpik) borcu barədə ailə üzvlərinə məlumat verməkdən çəkinmiş, 21 aprel 2024-cü il tarixdə əri Kamal Tağtyev arvadı X8 pu! istədiyini öyrəndiyindən yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı sitlə ilə sifət nafiyyəsindən vurmuş mərhumə üzü üstə stulun üstünə ytxılmış və bundan sonra Cavabdeh küsərək evdən çıxmış və 29 aprel 2024-cü İl tarixədək öz anası Həlimə Tağıyevagildə yaşamış, həmin müddət ərzində Samirə Tağtyeva dəfələrlə oğullarına və gəlininə Cavabdehlə danışmalarını, ondan qayıdıb öz evinə gəlməsini istəmələrini bildirmiş, lakin Cavabdeh baş verənləri qəbul edə bilmədiyindən evə qayıtmamış, mərhumədə kəskin daxili narahatçılıq, kefsizlik, özünə qapanmaq, fikirlilik. ümidsizlik, yaşamaq istəməmək kimi bəzi psixogen-depressiv reaksiya əlamətlərin formalaşmağa başlamış və X18 reaksiya" xəstəliyi fonunda, aniaqlı vəziyyətdə, müxtəlif şəxslərə və banka borcunun olması, borclarını qaytara bilməməsi, ailəsinin bu borclardan xəbərdar olması, borclar üçün yoldaşı və övladları ilə mübahisə etməsi, ərinin yaşadıqları evi tərk edərək getməsi və X11 əri Cavabdehın evə qayıtmasını istəsə də Kamal Tağsyevin evə qayıtmaması, baş verən hadisələrə görə ailədə S.Tağıyevaya olan inamın itməsi və ailəsinin yanında nüfuzdan düşdüyünü düşünməsi ilə bağlı fmstrasiya halında 24 aprel 2024-cü il tarixdə sol qolunun bilək və dirsəyin iç nahiyyəsini kəsərək intihara cəhd etmiş, 29 aprel 2024-cü il tarixdə isə Naxçıvan şəhərində yerləşən Əcəmi seyrəngahında çoxlu sayda “Siofor” 1000 dərman həbiəri qəbul etmiş, təcili tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublikası xəstəxanasına aparılmış və gecə saatlarında xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. Araşdırma zamanı izahatı alınmış X5 bildirmişdir ki, “Oriflame" firmasında menecer vəzifəsində fəaliyyət göstərir, 2024-cü ilin mart ayında Samirə Tağıyeva hədiyyə almaq məqsədi itə onların evinə gəlmiş, çəkisi 2 qrama yaxın olan üzüyü aylıq 50 (əlli) manat ödəmək şərtiylə dörd aylığına yəni 200 manata almış, həmin ayın təxminən 20-sı Samirə Tağıyeva yemdən evlərinə gələrək özünə yeni qızıl almaq istədiyini demiş, çəkisi 4,2 qram olan üzüyü də aylıq 50 manat ödəmək şərtiylə, 450 manat müqabilində Samirə Tağıyevaya satmış, mart ayının sonu Samirə 100 manat ödəniş etmiş, 2024-cü ilin aprel ayının sonları Samirə Tağıyevanın ötdüyünü eşitmiş, həmin zaman Samirə Tağıyevanın ona “Oriflame" firmasına məxsus məhsullara görə ödəməli olduğu 560 manat və qızıl üzüklərə görə borcu olmuş, əri Rövşən Cavabdeh 560 manat borcu sildiyini bildirib üzükləri qaytarmaqlarını xahiş etmiş, Cavabdeh də həmin üzükləri onlara qaytarmışdır. Araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, 30 ilə yaxındır ki. qadın paltarının satışı ilə məşğul olur, Samirə Tağıyevam 15 ildir tanıyır. Samirə onun müştərisi olmuş, ondan nisyə mal almış, 2024-cü ilin aprel ayının sonları Samirənin vəfat etdiyini eşitmiş. Samirə Tağıyevamn ona 7000 manat borcu olmuş, ölümündən sonra onun əri Cavabdeh 4000 manat ödəniş etdiyindən qalan 3000 manat borcu silmişdir. Araşdırma zamanı izahatı alınmış X17 bildirmişdir ki, 2022-ci ilin fevral ayında Samirə Tağıyevaya kreditlə 1300 manatlıq qızıl sırğa, 2022-ci ilin mart ayında 6400 manatlıq qızıl dəsti satmış və aylıq 100 manat ödəniş etməsi üçün razılaşmış, Samirə Tağıyeva hər ay vaxtında ödəniş etmiş, 2024-cü ilin aprel ayına onun 4767 manat borcu qalmış, lakin həmin ay ödəniş etməmiş, may ayının 3-ü onun kefini xəbər almaq üçün onlara getmiş, evlərində heç kəs olmadığından köhnə bazara getmiş, satıcıların bir neçəsi Samirə Tağıyevanın ona borcunun olub-olmadığını soruşmuş və onun öldüyünü demişdirlər. Mərhumənin əri Kamal tərəfindən onun qalan borcu tamamilə ödənilmişdir. Araşdırma zamanı izahatı alınmış Naxçıvan Şəhərində Lombard fəaliyyəti ilə məşğul olan X20 bildirmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə çəkisi 7.59 qr olan, bır cüt qızıl sırğa qarşılığında 400 (dörd yüz) manat pulu aylıq 8%-lə vermiş, həmin məbləğin qarşılığında hər ay 32 (otuz iki) manat məbləğdə ödəməli olduğu puldan yanvar, fevral və mart ayının ödənişini ödəmiş, aprel ayımn ödənişi qalmış, aprel ayının 18-i mərhumə X4 mobil telefonuna zəng edərək ödəməli otduğu 32 (otuz iki) manat məbləğdə pulun vaxtı olduğunu bildirmiş, lakin Samirə Tağıyeva telefonda müəllimlərin maaşı keçən zaman gətirib ödəyəcəyini bildirmiş, təxminən 10 (on) gün keçmiş və Kamal adlı şəxs onun mağazasına gələrək Samirə Tağıyevamn əri olduğunu, arvadı Samirə Tağıyevamn nə qədər məbləğdə borcu olduğunu öyrənərək sabah gətirib pulu verəcəyini və qızılı götürəcəyini demiş, o həmin şəxsə Samirə Tağıyevamn özünün şəxsiyyət vəsiqəsiylə qızılını götürə biləcəyini bildirmiş, Kamal adlı şəxs isə ona sabah Samirə Tağıyevamn gələcəyini demiş, sağollaşıb getmişdir. O ertəsi gün qızılı mağazaya gətirmiş, lakin nə Kamal adlı şəxs nə də Samirə Tağıyeva mağazaya gəlməmiş, o nə üçün gəlmədiklərini soruşmaq məqsədi ilə Samirə Tağıyevamn mobil telefonuna zəng etmiş, lakin Samirə Tağıyevaya zəng çatmamış, daha sonra 04,05,2024-cü ıl tarixdə Samirə Tağıyevamn əri Kamal adlı şəxs mağazaya gəlmiş və onun vəfat etdiyini bildirərək pulu gecikdirdiyi üçün üzrxahlıq edib mərhumə Samirə Tağıyevamn şəxsiyyət vəsiqəsini təqdim edərək ödəməli olduğu məbləği yəni 400 (dörd yüz) manat məbləğdə pulu ödəyərək arvadı mərhumə X6 məxsus girovda olan çəkisi 7.59 qr olan, bir cüt sırğa qızıl zinət əşyasını aparmışdır Məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda araşdırılmış halları cavabdehin izahatı ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, cavabdehin izahatı bu halda digər sübutla təsdiq edildiyindən sübut qismində qiymətləndirilməlidir. Cavabdehin izahatı ilə miras qoyandan qalan borcların bir il müddətində onun tərəfindən ödənilməsi, intiharla bağlı məsələ araşdırılarkən izahatı alınmış şəxslərin izahatları ilə uyğunluq təşkil etməkdədir. Bu halda isə isə istər miras qoyandan qalan bir cüt qızıl sırğanın lombarddan dəyərini ödəyib cavabdehin götürməsi, istərsə də müvafiq prokurorluq orqanında intihar hadisəsi araşdırıldıqdan sonra mərhumdan qalan bir ədəd mobil telefonun cavabdehə qaytarılmasının qarşılığında, eləcə də 400 manat dəyərini ödəməklə miras qoyandan qalan bir cüt sırğa qızıl-zinət əşyaası qarşılığında yəni miras aktivinin qarşılığında miras passivini yəni miras qoyanın borclarını ödəməsi (qərarla bir şəxsə 4000 manat borc ödəməsi və hələ də borcları az-az ödəməsi barədə izahatı) artıq həmin əmlaklara münasibətdə deyil sadəcə vərəsəlik şəhadətnaməsi ilə miras olaraq göstərilən son haqq hesabın miras kütləsi hesablanan hissəsinə münasibətdə bank qarşısında cavabdehliyinin müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İş materiallarında olan İş materiallarına əlavə olunmuş 09 oktyabr 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakından tam hissədə pay almışdır. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 haqqhesab məbləği 522.35 (beş yüz iyirmi iki manat otuz beş qəpik) manat pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" ASC tərəfindən 06 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 121.42 (yüz iyirmi bir manat qırx iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 121.82 (yüz iyirmi bir manat səksən iki qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 261.18 (iki yüz altmış bir manat on səkkiz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. İddiaçı "xxxx" ASC tərəfindən 06 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 121.42 (yüz iyirmi bir manat qırx iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının iddianın təmin edilmiş hissəsinə münasib olaraq olmaqla, ümumilikdə 121.82 (yüz iyirmi bir manat səksən iki qəpik) manat dövlət rüsumunun 3 (üç) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-275/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-275/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver