Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-302/2023 28.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 fevral 2020-ci il tarixli, İK2702/06 saylı kredit müqaviləsinə əsasən 26 yanvar 2023-cü il tarixə olan 5867.04 (beş min səkkiz yüz altmış yeddi manat dörd qəpik) manat əsas borc və 934 (doqquz yüz otuz dörd) manat faiz borcu olmaqla, ümumilikdə 6801.04 (altı min səkkiz yüz bir manat dörd qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 88.01 (səksən səkkiz manat bir qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq borcalanın "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia tələblərini müdafiə etdiklərini bir daha bildirməklə, işlərin çoxluğunu nəzərə alaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmiş və işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, İK2702/06 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 18 mart 2022-ci il tarixli, ZM1803/02 saylı zaminlik müqaviləsi bağlandığını, kredit müqaviləsinin 07 dekabr 2020-ci il tarixdə restrukturizasiya olunduğunu, borcalanın bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəflərindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılaraq, borcalan və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləğinin dəqiq göstərilməklə, borcun icrasının tələb edildiyini, Cavabdeh1 tərəflər arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, İK2702/06 saylı kredit müqaviləsinə əsasən 26 yanvar 2023-cü il tarixə 5867.04 (beş min səkkiz yüz altmış yeddi manat dörd qəpik) manat əsas borc və 934 (doqquz yüz otuz dörd) manat faiz borcu olmaqla, ümumilikdə 6801.04 (altı min səkkiz yüz bir manat dörd qəpik) manat kredit borcu öhdəliyinin olduğunu, bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 fevral 2020-ci il tarixli, İK2702/06 saylı kredit müqaviləsinə əsasən 26 yanvar 2023-cü il tarixə olan 5867.04 (beş min səkkiz yüz altmış yeddi manat dörd qəpik) manat əsas borc və 934 (doqquz yüz otuz dörd) manat faiz borcu olmaqla, ümumilikdə 6801.04 (altı min səkkiz yüz bir manat dörd qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 88.01 (səksən səkkiz manat bir qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq borcalanın "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddia tələbini qəbul edərək, kredit götürdüyünü, Cavabdeh2 zamin olduğunu, maddi imkanları olmadığından krediti qaytara bilmədiklərini, qanuni qərar verilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (bank) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, İK 2702/06 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 10000 (on min) manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli, RK0712/01 nömrəli Kredit borcunun restrukturizasiyasına dair Müqaviləyə əsasən, restrukturizasiya tarixinə kreditin qalıq məbləği 9311.31 (doqquz min üç yüz on bir manat otuz bir qəpik) manat, restrukturizasiya tarixinə kreditin hesablanmış faiz məbləği 30.19 (otuz manat on doqquz qəpik) manat, restrukturizasiya müddəti 10 (on) ay, restrukturizasiya olunan məbləğə hesablanacaq illik faiz dərəcəsi 17%-dir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (bank), Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) arasında bağlanmış 18 mart 2022-ci il tarixli, ZM1803/02 nömrəli Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür. 137 nömrəli, 27 yanvar 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 26 yanvar 2023-cü il tarixə borcu aşağıdakı kimidir: Əsas borc: 5867.04 (beş min səkkiz yüz altmış yeddi manat dörd qəpik) manat; Faiz borcu: 934 (doqquz yüz otuz dörd) manat; Cəmi öhdəlik: 6801.04 (altı min səkkiz yüz bir manat dörd qəpik) manat. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5867.04 (beş min səkkiz yüz altmış yeddi manat dörd qəpik) manat əsas borc və 934 (doqquz yüz otuz dörd) manat faiz borcu olmaqla, cəmi 6801.04 (altı min səkkiz yüz bir manat dörd qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 88.01 (səksən səkkiz manat bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Belə ki, Cavabdeh1 izahatında iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5ci maddəsində nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmədiyindən, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5867.04 (beş min səkkiz yüz altmış yeddi manat dörd qəpik) manat əsas borc və 934 (doqquz yüz otuz dörd) manat faiz borcu olmaqla, cəmi 6801.04 (altı min səkkiz yüz bir manat dörd qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 88.01 (səksən səkkiz manat bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-302/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-302/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver