Məhkəmə qərarları › İş №e-2(078)-310/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-310/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-310/2022 14.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1/9 ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 25.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 18.01.2022-ci il tarixə yaranmış 1495.2 (bir min dörd yüz doxsan beş manat iyirmi qəpik) manat əsas, 224.3 (iki yüz iyirmi dörd manat otuz qəpik) manat cərimə borcu olmaqla cəmi 1719.5 (bir min yeddi yüz on doqquz manat əlli qəpik) manat borcun və ödənilmiş 37.20 (otuz yeddi manat iyirmi qəpik) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh 25.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən HP markalı noutbuka görə 18 ay ödəniş cədvəli üzrə hər ay 89 manat olmaqla ümumilikdə 1585 manat ödəməyi öhdəsinə götürmüşdür. Ərizədə qeyd edilmişdir ki, borclu müqaviləsinin şərtlərini pozaraq 13.07.2021-ci il tarixdə 89.8 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmış, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, qalıq qalmış 1495.2 manat borcu qaytarmamışdır. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun qaytarılmasını təmin etməmişdir. Cavabdehin gecikridii günlərin faktiki cərimə borcu 2243 manat təşkil edir, lakin humanizm prinsipinə əsaslanaraq cərimə məbləğinin 90% hissəsi güzəşt edilmişdir. Nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən banka 18.01.2022-ci il tarixə yaranmış 1495.2 (bir min dörd yüz doxsan beş manat iyirmi qəpik) manat əsas, 224.3 (iki yüz iyirmi dörd manat otuz qəpik) manat cərimə borcu olmaqla cəmi 1719.5 (bir min yeddi yüz on doqquz manat əlli qəpik) manat borcu mövcuddur. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh 25.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 18.01.2022-ci il tarixə yaranmış 1495.2 (bir min dörd yüz doxsan beş manat iyirmi qəpik) manat əsas, 224.3 (iki yüz iyirmi dörd manat otuz qəpik) manat cərimə borcu olmaqla cəmi 1719.5 (bir min yeddi yüz on doqquz manat əlli qəpik) manat borcun və ödənilmiş 37.20 (otuz yeddi manat iyirmi qəpik) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin şərtinə əsasən Cavabdeh HP markalı noutbuka görə 18 ay ödəniş cədvəli üzrə hər ay 89 manat olmaqla ümumilikdə 1585 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə edilmiş 18.01.2022-ci il tarixli maliyyə arayışına əsasən 25.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı Müqaviləsinə əsasən Cavabdeh həmin tarixə "xxxx" MMC-nə 1495.2 (bir min dörd yüz doxsan beş manat iyirmi qəpik) manat əsas, 224.3 (iki yüz iyirmi dörd manat otuz qəpik) manat cərimə borcu olmaqla cəmi 1719.5 (bir min yeddi yüz on doqquz manat əlli qəpik) manat borcu mövcuddur. Cavabdeh "xxxx" MMC tərəfindən xəbərdarlıq məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 25.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 18.01.2022-ci il tarixə yaranmış 1495.2 (bir min dörd yüz doxsan beş manat iyirmi qəpik) manat əsas, 224.3 (iki yüz iyirmi dörd manat otuz qəpik) manat cərimə borcu olmaqla cəmi 1719.5 (bir min yeddi yüz on doqquz manat əlli qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən 08.02.2022-ci il tarixdə ********* nömrəli qəbzlə X1 ödənilmiş 37.20 (otuz yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 11.02.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 14.02.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 25.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 18.01.2022-ci il tarixə yaranmış 1495.2 (bir min dörd yüz doxsan beş manat iyirmi qəpik) manat əsas, 224.3 (iki yüz iyirmi dörd manat otuz qəpik) manat cərimə borcu olmaqla cəmi 1719.5 (bir min yeddi yüz on doqquz manat əlli qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən 08.02.2022-ci il tarixdə ********* nömrəli qəbzlə X1 ödənilmiş 37.20 (otuz yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar