Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-310/2024 11.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı MMC-yə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı MMCnin əmlakına (avtobusa) dəymiş 2066.93 (iki min altmış altı manat doxsan üç qəpik) manat maddi zərər məbləğinin, Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Naxçıvan şəhərinə 70 (yetmiş) manat və məhkəmənin baxış iclasında iştirak edilməsi üçün Bakı-Naxçıvan, Naxçıvan-Bakı istiqamətlərində təyyarə biletinin alınmasına görə ödənilən 120 (yüz iyirmi) manat ezamiyyə xərcinin, 42.99 (qırx iki manat doxsan doqquz qəpik) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 2299.00 (iki min iki yüz doxsan doqquz manat sıfır qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində **-ND-*** DQN-lı “FORD TRANZİT MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətində yolun 1-ci hərəkət zolağı ilə hərəkət edərkən Ramana qəsəbəsi istiqamətində dönmə əməliyyatı etmək istəyərkən eyni istiqamətdə 2-ci hərəkət zolağında işıqforun qırmızı işığında dayanmış İddiaçı MMC-yə məxsus **-JZ-*** DQN-lı “BMC Procity” markalı avtobusun sağ arxa hissəsini vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Sabunçu rayon DYPŞ-nin polis leytenantı X5 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun arşadırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əksini tapdığından barəsində İXP ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olduğunu cavabdeh verdiyi öz yazılı izahatı ilə də təsdiq edir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Sabunçu rayon X16 şöbəsində tanınmışdır. Cavabdeh törətdiyi inzibati qayda pozuntusunu izahatında etiraf etdikdən sonra İXP ******* saylı İnzibati xəta haqqında Protokolu qəbul etmiş və ödəmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun sağ arxa hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 5 (beş) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 006804 saylı Zərər Aktına əsasən **-JZ-*** DQN-lı avtobusa 4575,21 (dörd min beş yüz yetmiş beş manat, 21 qəpik) manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-ND-*** DQN-lı “FORD TRANZİT MİNİK” markalı avtomobilinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş zərərdən 2508,28 (iki min beş yüz səkkiz manat 28 qəpik) manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, lakin qalan 2066,93 (iki min altmış altı manat 93 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə aparılmış danışıqlar nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 xx.xx.2023-cü il tarixində Cavabdeh idarə etdiyi **-ND-*** dövlət qeydiyyat nişanlı, “FORD TRANZİT MİNİK” markalı avtomobil ilə qəza törədərək İddiaçı MMC-yə məxsus **-JZ-*** dövlət qeydiyyat nişanlı, “BMC Procity” markalı avtobusa ziyan vurduğunu, işlə bağlı araşdırma aparıldığını, şəxsin barəsində 16 may 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyini, ümumilikdə avtobusa 4575.21 (dörd min beş yüz yetmiş beş manat iyirmi bir qəpik) manat maddi ziyan vurulduğunu, həmin ziyanın 2508.28 (iki min beş yüz səkkiz manat iyirmi səkkiz qəpik) manat hissəsinin "xxxx" ASC tərəfindən qarşılandığını, qalan 2066.93 (iki min altmış altı manat doxsan üç qəpik) manat hissəsinin isə cavabdehdən tələb olunmasına baxmayaraq həmin pulu ödəmədiyini, iş materialları ilə cavabdehin borclu olduğunun sübuta yetirildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iddianı qismən əsaslı sayıb qismən təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 18 yanvar 2024-cü il tarixli, e-2(078)-310/2024 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş, həmin bildiriş qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə görə cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 20 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 29 aprel 2023-cü il tarixli raportun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 09:35 radələrində 3 saylı TM-dən tibb bacısı Əfəndiyeva məlumat verərək bildirmişdir ki, Ramana döngəsində baş vermiş YNH-i zamanı Cavabdeh xəsarət almışdır. İş materiallarına əlavə edilmiş 29 aprel 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokolun surətində qeyd edilmişdir ki, “hadisə yeri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin qarşısıdır. Yolun ümumi eni 99 metr 3 zolaqlı yoldur. Yolda hadisə yerində “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ güzgüsü sınmış vəziyyətdədir. Həmin avtomobildən bir qədər sağ kənarda “Mersedes Benz" markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobildir ki, arxa sağ yan hissəsi və qabaq hissəsi əzilmiş vəziyyətdədir. Bir qədər kənarda isə “Ford Tranzit” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobildir ki, qabaq hissəsi əzilmiş vəziyyətdədir. Yolun 2-ci zolağında isə “BMC” markalı, "xxxx" a məxsus olan 90-JZ- 395 dövlət qeydiyyat nişanlı avtobusdur ki, arxa hissəsi əzilmiş vəziyyətdədir”. İş materiallarına əlavə edilmiş Cavabdeh Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə 29 aprel 2023-cü il tarixdə verdiyi izahatda qeyd etmişdir ki, “Ford Tranzit” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat təqribən 09:15 radələrində qeyd etdiyi avtomobillə Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətində 3 zolaqlı yolun 1-ci zolağı ilə saatda 50-60 km sürətlə hərəkət edib sağa doğru Ramana qəsəbəsi istiqamətində dönmə əməliyyatı etmək istəyərkən avtomobilinin sol yuxarı hissəsi 2-ci zolaqda işıqforun qırmızı işığında dayanmış “İsuzu” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə dəymiş və bu zaman idarəetməni itirərək qarşısında dayanmış “Mersedes" markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsinə çırpılmışdır. Daha sonra idarə etdiyi avtomobil sola doğru sürüşərək qarşıda dayanmış vəziyyətdə olan İddiaçı a məxsus olan 90-JZ- 395 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəyib dayanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı X17 İdarəsi QİŞ tərəfindən verilmiş 20 avqust 2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Tranzit” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatda olan Cavabdeh mülkiyyətindədir və qeydiyyat üçün əsas alğı-satqı müqaviləsi olmuşdur. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1/2311 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Cavabdeh alkoqol şərxoşluğu vəziyyəti yoxdur və müayinənin nəticəsi 0.00 promildir. İş materiallarına əlavə edilmiş X6 Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə 29 aprel 2023-cü il tarixdə verdiyi izahatda qeyd etmişdir ki, “Baku Bus" MMC-yə məxsus olan BMC procity 12 M markalı ** JZ *** dövlət qeydiyyat nişanlı 189 saylı xətt marşrut avtobusu yol vərəqəsi əsasında BCED dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 29 aprel 2023-cü il tarixdə saat təqribən 09:15 radələrində qeyd etdiyi avtobusla Sabunçu rayonu, Maştağa qəsəbəsi, istiqamətində iki istiqamətli 3 zolaqlı yolun 2-ci zolağı ilə hərəkət edib işıqforun qırmızı işığında avtobusu saxlamış və bu zaman gözləmədiyi halda eyni istiqamətdə 1-ci zolaqla hərəkət edən “Ford Transit” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ondan arxada dayanmış vəziyyətdə olan “İsuzi” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə dəyərək idarə etməni itirib “Mercedes Benz E 220” markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsinə çırpılmışdır. Daha sonra həmin avtomobil sola doğru sürüşərək onun idarə etdiyi avtobusun dayanmış vəziyyətdə olan arxa hissəsinə dəyib dayanmışdır. Hadisə nəticəsində “Ford Transit” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xəsarət almışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış çıxarışdan görünür ki, “BMC Procity” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtobus İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1/2306 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, X2 alkoqol şərxoşluğu vəziyyəti yoxdur və müayinənin nəticəsi 0.00 promildir. İş materiallarına əlavə edilmiş X7 Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə 29 aprel 2023-cü il tarixdə verdiyi ifadəsində qeyd etmişdir ki, “Veysəloğlu- Yaycılı Qardaşları" MMCyə məxsus olan “İsuzi” markalı ** JK *** dövlət qeydiyyat nişanlı yük avtomobilini yol vərəqəsi əsasında BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 29 aprel 2023-cü il tarixdə saat təqribən 09:15 radələrində qeyd etdiyi avtobusla Sabunçu rayonu, Maştağa qəsəbəsi, istiqamətində iki istiqamətli 3 zolaqlı yolun 2-ci zolağı ilə hərəkət edib işıqforun qırmızı işığında avtomobili saxlamış və qarşı tərəfində isə digər avtomobillər dayanmışdır. Bu zaman gözləmədiyi halda eyni istiqamətdə 1-ci zolaqla hərəkət edən “Ford Transit” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gələrək sol qabaq qapısının yuxarı hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ yan güzgüsünə dəyərək idarə etməni itirib qarşısında dayanmış vəziyyətdə olan “Mercedes Benz E 220" markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsinə çırpıİmışdır. Daha sonra həmin avtomobil sola doğru sürüşərək onun idarə etdiyi avtobusun dayanmış vəziyyətdə olan arxa hissəsinə dəyib dayanmışdır. Hadisə nəticəsində “Ford Transit" markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xəsarət almışdır. İş materiallarına əlavə edilmiş Babaşov Ramin Həzi oğlu Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə 29 aprel 2023-cü il tarixdə verdiyi ifadəsində qeyd etmişdir ki, “Mercedes Benz E 220” markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 29 aprel 2023-cü il tarixdə saat təqribən 09:15 radələrində qeyd etdiyi avtomobillə Sabunçu rayonu, Maştağa qəsəbəsi, istiqamətində iki istiqamətli 3 zolaqlı yolun 2-ci zolağı ilə hərəkət edib işıqforun qırmızı işığında avtomobillərin dayandığını görüb avtomobilimi saxlamış və bu zaman gözləmədiyi halda eyni istiqamətdə 1-ci zolaqla hərəkət edən “Ford Transit” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ondan arxada dayanmış vəziyyətdə olan “İsuzi” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə deyərək idarə etməni itirib onun avtomobilinin arxa sağ yan hissəsinə çırpıİmışdır. Daha sonra həmin avtomobil sola doğru sürüşərək ondan qarşıda dayanmış vəziyyətdə olan "xxxx"-a məxsus olan ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə və onun avtomobilinin qabaq hissəsinə dəyib dayanmışdır. Hadisə nəticəsində Ford Transit” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xəsarət almışdır. İş materiallarına əlavə edilmiş 01 may 2023-cü il tarixli məhkəmə-tibbi ekspertiza təyin edilməsi barədə qərarın surətindən görünür ki, material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X4" X15 Sabunçu Rayon Şöbəsinin canlı şəxsin ekspertizası üzrə 04 may 2024-cü il tarixli, 897 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh sol ayaq və daban nahiyələrinin əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş 13 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, “Ford Tranzit” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində cinayət tərkibi deyil inzibati xəta olması müəyyən edildiyindən, vətəndaş Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış materialda cinayət tərkibli xüsusatlar müəyyən edilmədiyi üçün cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 02 may 2023-cü il tarixli zərər aktından görünür ki, “BMC Procity” markalı, **-JZ-*** dövlət nömrə nişanlı avtobusa 29 aprel 2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində ümumilikdə 4575.21 (dörd min beş yüz yetmiş beş manat iyirmi bir qəpik) manat ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş 16 may 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törədilmişdir. İş materiallarına əlavə edilmiş 16 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və onun barəsində 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 25 iyun 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, PXA142292 saylı sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 2508.28 (iki min beş yüz səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul İddiaçı hesabına köçürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əməli törətməsi, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçınə məxsus “BMC Procity” markalı, **-JZ-*** dövlət nömrə nişanlı avtobusa 4575.21 (dörd min beş yüz yetmiş beş manat iyirmi bir qəpik) manat ziyan vurulması, həmin ziyanın 2508.28 (iki min beş yüz səkkiz manat iyirmi səkkiz qəpik) manat hissəsinin "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməsi, qalan 2066.93 (iki min altmış altı manat doxsan üç qəpik) manat pulun isə cavabdeh tərəfindən ödənilməməsi iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan iş materiallarından isə 2066.93 (iki min altmış altı manat doxsan üç qəpik) manat məbləğində maddi zərərin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi aydın olur. Ona görə də məhkəmə qeyd edir ki, iddiaçının tələbi 2066.93 (iki min altmış altı manat doxsan üç qəpik) manat maddi zərər məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. İddiaçının digər tələbi olan Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Naxçıvan şəhərinə 70 (yetmiş) manat və məhkəmənin baxış iclasında iştirak edilməsi üçün Bakı-Naxçıvan, Naxçıvan-Bakı istiqamətlərində təyyarə biletinin alınmasına görə ödənilən 120 (yüz iyirmi) manat ezamiyyə xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı Naxçıvan şəhərinə ezamiyyə üçün 70 (yetmiş) manat və məhkəmənin baxış iclasında iştirak edilməsi üçün Bakı-Naxçıvan, Naxçıvan-Bakı istiqamətlərində təyyarə biletinin alınmasına görə 120 (yüz iyirmi) manat xərc ödənilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Naxçıvan şəhərinə ezamiyyə üçün 70 (yetmiş) manat və məhkəmənin baxış iclasında iştirak edilməsi üçün Bakı-Naxçıvan, Naxçıvan-Bakı istiqamətlərində təyyarə biletinin alınmasına görə 120 (yüz iyirmi) manat ezamiyyə xərci ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçının digər tələbi isə 42.99 (qırx iki manat doxsan doqquz qəpik) manat dövlət rüsumunun və buna görə ödənilmiş 40 (qırx) qəpik xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 42.99 (qırx iki manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun 38.65 (otuz səkkiz manat altmış beş qəpik) hissəsi və 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -2066.93 (iki min altmış altı manat doxsan üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iş üzrə iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 42.99 (qırx iki manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun 38.65 (otuz səkkiz manat altmış beş qəpik) manat hissəsi və 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 2066.93 (iki min altmış altı manat doxsan üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İş üzrə iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 42.99 (qırx iki manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun 38.65 (otuz səkkiz manat altmış beş qəpik) manat hissəsi və 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-310/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-310/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver