Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-321/2023 02.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh ünvan 1 ünvanında yerləşən, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi tələbini dəqiqləşdirərək Cavabdeh ünvan 1 ünvanında yerləşən, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmiş, məhkəmənin müvafiq qərardadı ilə ərizə təmin edilərək iddia tələbinə dəqiqləşdirilmiş çərçivədə baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin tam hüquqlu mülkiyyətçisidir. Həmçinin hal-hazırda həmin mənzildə faktiki olaraq yaşayır. Həmin mənzil ona xx.xx.2017-ci ildə anası X4 tərəfindən bağışlanılmış, xx.xx.2021-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində adına qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh də bağışlama zamanı notariat hərəkətləri aparılarkan razılıq ərizəsi verərək bağışlamaya razılığını bildirmişdir. Fərəməz hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərinə getdi, sonra 2007-ci il tarixində rəsmi nikah qeydiyyatına düşməklə ailə həyatı qurdu və ailəsini də Bakıya apardı. 2011-ci il tarixdə 2-3 ay gəlib hazırki evdə yaşadıqdan sonra Naxçıvan şəhəri 7-ci küçə, döngə-1, ev-6 ünvanında fərdi yaşayış evi alaraq həmin ildə köçdü və orada yaşamağa başladı. Qeyd edilən evin alınması zamanı qardaşına 4500 ABŞ dolları nağd olaraq köməklik göstərmişdir. Cavabdeh uzun müddətdir burada yaşamır, sadəcə olaraq onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında dayanır. O cavabdehə dəfələrlə mülkiyyətində olan mənzilin pasport qeydiyyatından çıxmağı tələb etsə də, bunun bir nəticəsi olmamışdır. Yuxarıda qeyd etdiyi kimi onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında durması mülkiyyət hüquqlarının tam sərbəst hüquqi baxımdan həyata keçirilməsinə ciddi maneələr yaradır, həmçinin lazımsız yerə kommunal xərclər ödəyir. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında hüquqlarını müdafiə etdiyi, eyni zamanda nümayəndəsi olduğu şəxsin izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. Səbuhi və ailəsi və Minurə xala həmin evdə yaşayırlar. Fərəməz neçə illər ailəsi ilə Bakı şəhərində yaşayıb. Sonra gəlib 3 ay həmin evdə yaşadıqdan sonra evdən ailəsi ilə birlikdə çıxıb getdilər. Hazırda da ayrı evdə yaşayır. Məhkəmə baxışı iclasında şahid X4 ifadəsində bildirmişdir ki, tərəflər onun övladlarıdır. O, 12 oktyabr 2017-ci il tarixdə özünə məxsus ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzili İddiaçı hədiyyə vermişdir. Fərəməz orta məktəbi qurtarıb, hərbi xidmətə getdi və təxminən 1990-cı illərdə işləmək üçün Bakıya getdi. 2007-ci ildə evləndi və arvadını da Bakıya apardı. 2011-ci ildə qayıtdı, 2-3 ay onlarla yaşadı və sonra özü Fərəməzə 4000 manat pul verdi. Evinin təmirə köməklik etdi. Fərəməz arvadının adına fərdi yaşayış evi aldı. Həmin vaxtdan da orada yaşayır. Özü də həmişə deyirdi ki, evin qeydiyyatından çıxacaq. Lakin çıxmadı. Fərəməz heç vaxt daimi həmin evdə yaşamayıb. Onun ailəsi ilə birlikdə ayrı evi var. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, şahid ifadələrini, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, Nizami ev 46 ünvanında yerləşən ümumi sahəsi 41.8 kv.metr olan 42 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/5 nömrəli reyestr kitabının 846 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan məlum olmuşdur ki, Cavabdeh ilə X6 arasında xx.xx.2007-ci il tarixdə Babək rayon Qaraçuq kənd İNdə nikah bağlanmış və bu barədə 19 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan 12 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən aydın olur ki, X4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41.8 kv.metr yaşayış sahəsi, 26.23 kv.metr olan yardımçı sahəsi, 15.57 kv.metr olan 2 otaqlı mənzili İddiaçı hədiyyə vermişdir. İş materiallarına əlavə olunmuş 11 oktyabr 2010-cu il tarixdə verilmiş 14563 inventar və **********93-05101-093014 reyestr nömrəli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun surətindən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. ünvan 6 xx.xx.2022-ci il tarixli 2581 nömrəli arayışına əsasən Rzayev X3 şəhəri, Nizami ev 46 mənzil 42 ünvanında qeydiyyatdadır. ünvan 6 xx.xx.2023-cü il tarixli 165 nömrəli arayışına əsasən Rzayev X1 şəhəri, Nizami ev 46 mənzil 42 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 09 yanavar 2023-cü il tarixdə verilmiş 04/02 nömrəli məktubda qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində X2 adına 10 yanvar 2020-ci il tarixdə Naxçıvan şəhər, 1-ci dövlət notariat kontorunun 10 avqust 2011-ci il tarixli 4/Ə-2-340 nömrəli müqaviləsi əsasında ünvan 8 ünvanında 182 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 46,20 m2 olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Məhkəmə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə işə mahiyyəti üzrə yanaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2006-ci ildə yarandığından hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış əsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı hallarda ona xitam verilməsi rəsələsində də söhbət gedə bilməz. Bu mülki iddiada da cavabdehlərin artıq əvvəllər mövcud olmuş yaşayış və istifadə hüquqları o dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə itirildiyindən onun xitamından da söhbət gedə bilməz. Burada yalnız həmin şəxslərin yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunmasından danışmaq olar. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yeniidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh uzun müddətdir ki, özünə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzil qeydiyyatında formal olaraq adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili üzərində hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Cavabdehin özünə başqa yaşayış yeri seçməsi həyat yoldaşının adına fərdi yaşayış evinin olmasına dair daşınmaz əmlak tərəfindən verilən sənədlə öz təsdiqini tapır. Buna görə də iddia əsaslı olduğundan təmin olunmalı, ünvan 5 ünvanında yerləşən mənzilin tərkib hissəsindən Cavabdeh yaşayış və istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 12414 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı təmin edilsin. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri Nizami ev 46-da yerləşən 42 nömrəli mənzilə Cavabdeh yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 12414 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-321/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-321/2023
02.05.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver