Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-333/2022 28.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin cavabdeh Rzai (İsmayılova) Fatimə Məhəmməd qızına qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Rzai (İsmayılova) Fatimə Məhəmməd qızından "xxxx" ASC-nin xeyrinə 253.49 (iki yüz əlli üç manat qırx doqquz qəpik) manat əsas, 44.8 (qırx dörd manat səksən qəpik) manat faiz borcu olmaqla cəmi 298.29 (iki yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "Kapital Bank” ASC ərizəni onunla əsaslandırmışdır ki, Rzai (İsmayılova) Fatimə Məhəmməd qızı 05.08.2019-cu il tarixli BRED0907199A130 saylı kredit müqaviləsinə əsasən illik 25 faizlə 58 ay müddətinə 300 manat kredit götürmüşdür. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən banka 03.02.2022-ci il tarixinə 05.08.2019-cu il tarixli BRED0907199A130 saylı kredit müqaviləsi üzrə 253.49 (iki yüz əlli üç manat qırx doqquz qəpik) manat əsas, 44.8 (qırx dörd manat səksən qəpik) manat faiz borcu olmaqla cəmi 298.29 (iki yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat borcu mövcuddur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Rzai (İsmayılova) Fatimə Məhəmməd qızından "Kapital Bank" ASC-nin xeyrinə 253.49 (iki yüz əlli üç manat qırx doqquz qəpik) manat əsas, 44.8 (qırx dörd manat səksən qəpik) manat faiz borcu olmaqla cəmi 298.29 (iki yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "Kapital Bank” ASC ilə Rzai (İsmayılova) Fatimə Məhəmməd qızı arasında bağlanmış 05.08.2019-cu il tarixli BRED0907199A130 saylı Kredit Müqaviləsinin şərtinə əsasən Rzai (İsmayılova) Fatimə Məhəmməd qızına illik 25 faizlə 58 ay müddətinə 300 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. 16.02.2022-ci il tarixli maliyyə arayışına əsasən 05.08.2019-cu il tarixli BRED0907199A130 saylı Kredit Müqaviləsinə əsasən Rzai (İsmayılova) Fatimə Məhəmməd qızının 03.02.2022-ci il tarixə olan borcu 253.49 (iki yüz əlli üç manat qırx doqquz qəpik) manat əsas, 44.8 (qırx dörd manat səksən qəpik) manat faiz borcu olmaqla cəmi 298.29 (iki yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat təşkil etmişdir. Rzai (İsmayılova) Fatimə Məhəmməd qızına "Kapital Bank” ASC tərəfindən 12.06.2021-ci il tarixdə bildiriş məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdeh Rzai (İsmayılova) Fatimə Məhəmməd qızından 05.08.2019-cu il tarixli BRED0907199A130 saylı kredit müqaviləsi üzrə 253.49 (iki yüz əlli üç manat qırx doqquz qəpik) manat əsas, 44.8 (qırx dörd manat səksən qəpik) manat faiz borcu olmaqla cəmi 298.29 (iki yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən 14.02.2022-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Rzai (İsmayılova) Fatimə Məhəmməd qızından tutularaq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 18.02.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 21.02.2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Cavabdeh Rzai (İsmayılova) Fatimə Məhəmməd qızı 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh Rzai (İsmayılova) Fatimə Məhəmməd qızından 05.08.2019-cu il tarixli BRED0907199A130 saylı kredit müqaviləsi üzrə 253.49 (iki yüz əlli üç manat qırx doqquz qəpik) manat əsas, 44.8 (qırx dörd manat səksən qəpik) manat faiz borcu olmaqla cəmi 298.29 (iki yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində kredit borcu iddiaçı "Kapital Bank" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən 14.02.2022-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Rzai (İsmayılova) Fatimə Məhəmməd qızından alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-333/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-333/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver