Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-338/2024 15.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(006)- 3055/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirməklə (artırmaqla), 01 dekabr 2007-ci il təvəllüdlü X4 və 08 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, 2 uşağa görə cəmi 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, İddiaçı ilə Cavabdeh 27 oktyabr 2006-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2015ci il tarixli qətnaməsi ilə nikahın pozulduğunu, birgə nikahdan 2 uşaqları- 01 dekabr 2007ci il təvəllüdlü X4 və 08 iyun 2010-cu il təvəllüdlü X3 doğulduğunu, nikah pozularkən məhkəmə qətnaməsi ilə uşaqların iddiaçının yanında saxlanıldığını və hal-hazırda da iddiaçı ilə yaşadıqlarını, iddiaçının Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırdığını, həmin tələbi üzrə işə baxılaraq 29 iyun 2022-ci il tarixli, 2(006)-3055/2022 nömrəli qətnamə qəbul edildiyini, həmin qətnamə ilə Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 140 (yüz on) manat olmaqla, iki uşağa görə cəmi 280 (iki yüz səksən) manat alimentin tutularaq 01 dekabr 2007-ci il təvəllüdlü X4 və 08 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsinin qət edildiyini, uşaqların artıq böyüdüyünü və onların maddi tələbatlarının da günü-gündən artdığını, Aytac Həbibzadənin orta məktəbin 10-cu sinfində, Atabəy Həbibzadənin isə 8-ci sinifdə oxuduğunu və xərclərinin böyüdükcə artdığını, iddiaçının onları pulsuz verilən tədris vəsaitlərindən əlavə, mükəmməl orta təhsil almaq üçün tez-tez dəyişilən əlavə dərs ləvazimatları ilə təmin edə bilməyi üçün xərcin artdığını, həmçinin uşaqların məktəbdən əlavə hazırlıq kurslarına getdiklərini, bunlardan əlavə, hazırda dərman preparatlarının kəskin bahalaşdığı bir zamanda adi bir zökəm və qripə yoluxmuş uşağın müalicəsinin 200 manatdan da artıq tutduğunu, bütün bunların da iddiaçıya ödənilən 280 manat alimentlə qarşılanmasının mümkün olmadığını, hazırda isə iddiaçıya ödənilən cəmi 280 manat aliment pulu ilə bir uşağın qidalanma, təhsil, müalicə və s. xərclərini artıq qarşılamağın qeyri-mümkün hala gəldiyini, iddiaçının da bir ana olaraq bu maddi tələbatları ödəməkdə çətinlik çəkdiyini, cavabdehin isə bir ata olaraq öz övladlarının güzəranı ilə maraqlanmadığını və onların heç bir xərclərinin ödənilməsində iştirak etmədiyini, iddiaçının övladlarının maddi tələbatlarını hazırda ona hər iki uşaq üçün ödənilən 280 manat alimentlə qarşılaya bilmədiyini, iddiaçının əmək haqqının 600 manat deyil, 479 manat olduğunu, buna görə də, iddiaçının aliment miqdarının artırılmasını istədiyini, ona görə də, iddiaçının cavabdehdən uşaqları üçün bir uşağa 235 manat olmaqla, 2 uşağa görə cəmi 470 manat miqdarında alimentin tutularaq ona ödənilməsini istədiyini, bunları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(006)- 3055/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirməklə (artırmaqla), 01 dekabr 2007-ci il təvəllüdlü X4 və 08 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, 2 uşağa görə cəmi 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək, iddia ərizəsinə etiraz etdiyini, İddiaçı iddia tələbinin əsassız olduğunu, iddiaçı ilə 27 oktyabr 2006-cı ildə rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurduqlarını, birgə nikahdan 01 dekabr 2007-ci il təvəllüdlü X4 və 08 iyun 2010-cu il təvəllüdlü X3 doğulduğunu, Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə nikahlarının pozulduğunu, nikah pozularkən birgə nikahdan doğulmuş iki uşağın iddiaçının himayəsində saxlanılmaqla, stabil olaraq hər uşağa görə 75 manat, ümumilikdə 150 manat məbləğində pulun ondan tutularaq iddiaçıya verilməsinin qət olunduğunu, iddiaçının dəfələrlə məhkəməyə müraciət edərək alimentin artırılması tələbini etdiyini, hər dəfə alimentin miqdarının hər uşaq üçün 10 manat artırılmaqla, hazırda hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 manat ödəniş etdiyini, iddiaçının bu məbləğin hər uşağa görə ayda 230 manat olmaqla, 460 manat qaldırılmasını tələb etdiyini, iddiaçının tələb etdiyi məbləği heç cürə ödəyə bilməyəcəyini, imkanının olmadığını, hal-hazırda heç bir yerdə işləmədiyini, ona müəyyən olunmuş 2-ci qrup əlillik təqaüdünün 2021-ci ildən etibarən kəsildiyini, başqa yerdən heç bir gəlir mənbəyinin olmadığını, 2-ci qrup əlil olduğunu, lakin əlilliyi də ləğv edildiyindən tibb müəssisələrində müalicə olunduğunu, səhhətinin işləməyinə imkan vermədiyini, hazırda da himayəsində ikinci həyat yoldaşından da 03 iyun 2017-ci il təvəllüdlü X7 və 01 mart 2019-cu il təvəllüdlü X5 adlı iki övladının olduğunu, həyat yoldaşı X1 da heç bir yerdə işləmədiyini, İddiaçı isə Naxçıvan şəhər Müəllimlər Universitetində işlədiyini və 650 manat maaş aldığını, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: AZ-İİ 168430 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 01 dekabr 2007-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. AZ-İİİ 305443 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 08 iyun 2010-cu il tarixdə X6 adlı uşaqları doğulmuşdur. AZ-İ 176557 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X9 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Əliyeva” soyadı verilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(006)- 3055/2022 nömrəli qətnaməsinin surətinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(078)-736/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. AA4285886 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X7 03 iyun 2017-ci il tarixdə doğulmuşdur. AZ-İV 305022 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X1 01 mart 2019-cu il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Naxçıvan Müəllimlər İnstitutu tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli arayışa əsasən, İddiaçı kadr üzrə mütəxəssis vəzifəsində işləyir. Xalis əmək haqqı 479 (dörd yüz yetmiş doqquz) AZN-dir. Məhkəmə izahata və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşaqların saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək sabit məbləğdə artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği dəyişdirilməlidir. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutulması məqsədə uyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(006)-3055/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 01 dekabr 2007-ci il təvəllüdlü X4 və 08 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(006)- 3055/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 01 dekabr 2007-ci il təvəllüdlü X4 və 08 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.