Məhkəmə qərarları › İş №e-2(078)-344/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-344/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-344/2023 08.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10 sentyabr 2019-cu il tarixli, İK1009/06 saylı kredit müqaviləsinə əsasən 02 fevral 2023-cü il tarixə olan 1497.06 (min dörd yüz doxsan yeddi manat altı qəpik) manat əsas borc, 132.51 (yüz otuz iki manat əlli bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1629.57 (min altı yüz iyirmi doqquz manat əlli yeddi qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 36.30 (otuz altı manat otuz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirib müəyyən etdim ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsinə əlavə olunmuş Zaminlik Müqaviləsindən görünür ki, zamin X2r. İddia ərizəsinə X1 şəxsiyyət vəsiqəsinin surəti də əlavə olunmuşdur. İddia ərizəsində digər Cavabdeh1 qoyulsa da, iddia ərizəsinə Cavabdeh1 zamin olmasını təsdiqləyən sənədlər əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-3.2 və 284-3.2.4-cü maddələrinə əsasən, kiçik iddialara dair işlər üzrə ərizəsində tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 fevral 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 36.30 (otuz altı manat otuz qəpik) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 263, 264, və 284-4-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 fevral 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 36.30 (otuz altı manat otuz qəpik) manat məbləğində dövlət rüsumu qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar