Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-349/2023 29.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 375.52 (üç yüz yetmiş beş manat əlli iki qəpik) manat əsas, 0.59 (əlli doqquz qəpik) manat faiz, cəmi 376.11 (üç yüz yetmiş altı manat on bir qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 60 (altmış) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 801.99 (səkkiz yüz bir manat doxsan doqquz qəpik) manat məbləğində kredit verildiyini, bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 may 2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlandığını, Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 25 yanvar 2023-cü il tarixə əsas borcunun 375.52 (üç yüz yetmiş beş manat əlli iki qəpik) manat, faiz borcunun 0.59 (əlli doqquz qəpik) manat, cəmi borcun 376.11 (üç yüz yetmiş altı manat on bir qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktublarının da cavabsız qaldığını, 24 may 2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsi üzrə borcalanın pul məbləğinin ödənilməsini gecikdirdiyini, gecikdirmə nəticəsində banka zərər vurduğunu, bununla da cavabdehin Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurətinin yarandığını, hal-hazırda cavabdehin Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcunun 376.11 (üç yüz yetmiş altı manat on bir qəpik) manat təşkil etdiyini, bu borcun da cavabdeh tərəfindən ödənilməsinin təmin edilməli olduğunu, bunları nəzərə alaraq, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 375.52 (üç yüz yetmiş beş manat əlli iki qəpik) manat əsas, 0.59 (əlli doqquz qəpik) manat faiz, cəmi 376.11 (üç yüz yetmiş altı manat on bir qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 24 may 2019-cu il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 5 il müddətinə (24 may 2024-cü il tarixədək) 801.99 (səkkiz yüz bir manat doxsan doqquz qəpik) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 1% təşkil edir. Maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 yanvar 2023-cü il tarixə 375.52 (üç yüz yetmiş beş manat əlli iki qəpik) manat əsas borc və 0.59 (əlli doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 376.11 (üç yüz yetmiş altı manat on bir qəpik) manat məbləğində borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 09 fevral 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 13 fevral 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 375.52 (üç yüz yetmiş beş manat əlli iki qəpik) manat əsas borc və 0.59 (əlli doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 376.11 (üç yüz yetmiş altı manat on bir qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 24 may 2019-cu il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 5 il müddətinə (24 may 2024-cü il tarixədək) 801.99 (səkkiz yüz bir manat doxsan doqquz qəpik) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 1% təşkil edir. Maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 yanvar 2023-cü il tarixə 375.52 (üç yüz yetmiş beş manat əlli iki qəpik) manat əsas borc və 0.59 (əlli doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 376.11 (üç yüz yetmiş altı manat on bir qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 375.52 (üç yüz yetmiş beş manat əlli iki qəpik) manat əsas borc və 0.59 (əlli doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 376.11 (üç yüz yetmiş altı manat on bir qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-349/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-349/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver