Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-355/2022 29.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 152.1 (bir yüz əlli iki manat on qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 76.44 (yetmiş altı manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 228.54 (iki yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat borc və ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bank arasında 03.02.2020-ci il tarixli 106892-PC********** nömrəli istehlak krediti müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə Bank tərəfindən borcalan Cavabdeh 36 ay müddətinə illik 0 % dərəcəsi ilə 3000 (üç min) manat kredit xətti ayrılmış və ona 1 ədəd plastik kart verilmişdir. Bank tərəfindən üzərinə götürülmüş öhdəliklər tam icra edilsə də borcalan tərəfindən müqavilə şərtləri pozulmuş və kreditin əsas məbləğinin ödənilməsi kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Ərizədə qeyd edilmişdir ki, Cavabdeh 08.02.2022-ci il tarixinə 152.1 (bir yüz əlli iki manat on qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 76.44 (yetmiş altı manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 228.54 (iki yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat borcu yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh İddiaçı ASC-nin xeyrinə 152.1 (bir yüz əlli iki manat on qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 76.44 (yetmiş altı manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 228.54 (iki yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat borc və ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 03.02.2020-ci il tarixli 106892-PC********** nömrəli Smile kredit xətti müqaviləsindən aydın olur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Bank müştəriyə 36 ay müddətinə illik 0 % dərəcəsi ilə 3000 (üç min) manat olan kredit xətti ayrılmışdır. Müqavilənin şərtinə əsasən Bank cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri ilə Bank tərəfindən aparılmış bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürür. Borcalan Cavabdeh İddiaçı ASC tərəfindən 29.09.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdar edilmişdir. 08.02.2022-ci il tarixli Maliyyə arayışından aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.02.2020-ci il tarixli 106892-PC********** nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh həmin tarixə Banka 152.1 (bir yüz əlli iki manat on qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 76.44 (yetmiş altı manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 228.54 (iki yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 274 gün təşkil edir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 03.02.2020-ci il tarixli 106892-PC********** nömrəli kredit müqaviləsi üzrə 152.1 (bir yüz əlli iki manat on qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 76.44 (yetmiş altı manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 228.54 (iki yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat məbləğində pul İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı ASC tərəfindən 11.02.2022-ci il tarixdə X1 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 21.02.2022-ci il tarixdə elektron formada daxil olmuş ərizə üzrə 23.02.2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 03.02.2020-ci il tarixli 106892-PC********** nömrəli kredit müqaviləsi üzrə 152.1 (bir yüz əlli iki manat on qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 76.44 (yetmiş altı manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 228.54 (iki yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən 11.02.2022-ci il tarixdə X1 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-355/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-355/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver