Məhkəmə qərarları › İş №e-2(078)-371/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-371/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-371/2022 12.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə əsasən borcunun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə 22 avqust 2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən Cavabdeh1 232.92 AZN əsas, 43.44 AZN faiz, 22 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8001.50 AZN əsas, 1483.42 AZN faiz borcunun və 117.61 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında 22 avqust 2019-cu il tarixli kredit kartına dair müqavilə bağlandığını, həmin müqaviləyə əsasən ona 31 iyul 2022-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 500 AZN kredit xətti ayrıldığını, 22 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 11541 AZN kredit verildiyini, qeyd olunan kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 22 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlandığını, kredit müqavilələrinin şərtlərinə əsasən borcalanın öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, Cavabdeh1 18 fevral 2022-ci il tarixə İddiaçı ASC-yə 22 avqust 2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən 232.92 AZN əsas, 43.44 AZN faiz, 22 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən isə 8001.50 AZN əsas, 1483.42 AZN faiz borcunun yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılmasının təmin edilmədiyini, bunları nəzərə alaraq, İddiaçı ASC-nin xeyrinə 22 avqust 2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən Cavabdeh1 232.92 AZN əsas, 43.44 AZN faiz, 22 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8001.50 AZN əsas, 1483.42 AZN faiz borcunun və 117.61 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını хаhiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddianı qəbul edərək, 22 avqust 2019-cu il tarixdə İddiaçı ASC-dən 48 ay müddətinə 11541 manat kredit götürdüyünü, iş üzrə digər Cavabdeh2 həmin tarixdə həmin kredit üzrə zaminlik müqaviləsi bağladığını, krediti götürən zaman iş yeri və stabil əmək haqqı olduğu üçün aylıq ödənişləri vaxtında ödədiyini, hazırda işsiz olduğuna və maddi imkanı aşağı olduğuna görə ödəniş edə bilmədiyini, pulun bütöv hissəsindən cavabdehlərdən yalnız özünün bəhrələndiyini, ərizəsini nəzərə alıb müvafiq qərar verilməsini xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası Cavabdeh2 iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, GTKR1398962A133 nömrəli Kredit Müqaviləsinə əsasən, kreditin məbləği 11541 (on bir min beş yüz qırx bir) manat müəyyən olunur. Kreditin müddəti: 48 ay. İllik faiz dərəcəsi: 27.84%. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, GTKR1398962A133 nömrəli Zaminlik Müqaviləsinə əsasən, borcalan bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. 22 avqust 2019-cu il tarixli, GTKR1398962A133 nömrəli Kredit Müqaviləsinə əlavəyə əsasən, Cavabdeh1 üzərinə götürdüyü krediti faizləri ilə birlikdə İddiaçı ASC-yə 23 sentyabr 2019-cu il- 24 iyul 2023-cü il tarixləri aralığında hər ay 401.17 AZN, 22 avqust 2023-cü il tarixdə isə 417.77 AZN olmaqla, cəmi 19272.76 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, BBLK1398965A133 nömrəli Kredit kartına dair Müqaviləyə əsasən, kredit xəttindən ilkin olaraq müştəri tərəfindən istifadə edilə biləcək məbləğ bank tərəfindən 500 AZN müəyyən olunur. Kredit xəttindən son istifadə tarixi: 31 iyul 2022-ci il. Kredit xəttinin illik faiz dərəcəsi: 25%. 24 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 18 fevral 2022-ci il tarixə 22 avqust 2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən 232.92 AZN əsas, 43.44 AZN faiz, 22 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 8001.50 AZN əsas, 1483.42 AZN faiz borcu vardır. Məhkəmə cavabdehin izahatına, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə hazırki mülki iş üzrə yuxarıda göstərilən maddi və prosessual qanunvericilik normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, 22 avqust 2019-cu il tarixli Kredit kartına dair Müqaviləyə əsasən Cavabdeh1 232.92 (iki yüz otuz iki manat doxsan iki qəpik) manat əsas və 43.44 (qırx üç manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 276.36 (iki yüz yetmiş altı manat otuz altı qəpik) manat, 22 avqust 2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8001.50 (səkkiz min bir manat əlli qəpik) manat əsas və 1483.42 (min dörd yüz səksən üç manat qırx iki qəpik) manat faiz borcu olmaqla, cəmi 9484.92 (doqquz min dörd yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində borc və 117.61 (yüz on yeddi manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh1 məhkəmə baxışı iclasında iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsində nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmədiyindən, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. 22 avqust 2019-cu il tarixli Kredit kartına dair Müqaviləyə əsasən Cavabdeh1 232.92 (iki yüz otuz iki manat doxsan iki qəpik) manat əsas və 43.44 (qırx üç manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 276.36 (iki yüz yetmiş altı manat otuz altı qəpik) manat, 22 avqust 2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8001.50 (səkkiz min bir manat əlli qəpik) manat əsas və 1483.42 (min dörd yüz səksən üç manat qırx iki qəpik) manat faiz borcu olmaqla, cəmi 9484.92 (doqquz min dörd yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində borc və 117.61 (yüz on yeddi manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar