Məhkəmə qərarları › İş №e-2(078)-385/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-385/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-385/2023 08.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsinin və 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 531.44 manat məbləğində kredit bоrcu, 14.25 manat məbləğində faiz bоrcu və 467.75 manat məbləğində cərimə olmaqla, cəmi 1013.44 (min on üç manat qırx dörd qəpik) manat məbləğində bоrcun, 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 2157.23 manat məbləğində kredit bоrcu, 57.53 manat məbləğində faiz bоrcu və 1925.38 manat məbləğində cərimə olmaqla, cəmi 4140.14 (dörd min yüz qırx manat on dörd qəpik) manat məbləğində bоrcun və tərəflərindən ödənilmiş 71.54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 19 dekabr 2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 531.44 (beş yüz otuz bir manat qırx dörd qəpik) manat məbləğində kredit götürdüyünü, onun kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə 21 yanvar 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, onun götürdüyü kredit bоrcundan ödəniş etmədiyini və оnun iddiaçıya 531.44 manat məbləğində kredit bоrcunun qaldığını, o kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 26 yanvar 2023-cü il tarixə 1101 gün üçün hesablanmış faiz borcunun 14.25 manat təşkil etdiyini, 26 yanvar 2023-cü il tarixə 1101 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimənin 467.75 manat təşkil etdiyini, bundan başqa Cavabdeh İddiaçı QSC ilə 19 dekabr 2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 2157.23 (iki min yüz əlli yeddi manat iyirmi üç qəpik) manat məbləğində kredit götürdüyünü, onun kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə 21 yanvar 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, onun götürdüyü kredit bоrcundan ödəniş etmədiyini və оnun iddiaçıya 2157.23 manat məbləğində kredit bоrcunun qaldığını, o kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 26 yanvar 2023-cü il tarixə 1101 gün üçün hesablanmış faiz borcunun 57.53 manat təşkil etdiyini, 26 yanvar 2023-cü il tarixə 11051 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimənin 1925.38 manat təşkil etdiyini, bunları nəzərə alaraq, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsinin və 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 531.44 manat məbləğində kredit bоrcu, 14.25 manat məbləğində faiz bоrcu və 467.75 manat məbləğində cərimə olmaqla, cəmi 1013.44 (min on üç manat qırx dörd qəpik) manat məbləğində bоrcun, 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 2157.23 manat məbləğində kredit bоrcu, 57.53 manat məbləğində faiz bоrcu və 1925.38 manat məbləğində cərimə olmaqla, cəmi 4140.14 (dörd min yüz qırx manat on dörd qəpik) manat məbləğində bоrcun və tərəflərindən ödənilmiş 71.54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: Tərəflər arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsinə əsasən, kreditverən kreditalana illik faiz dərəcəsi 1% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 531.44 (beş yüz otuz bir manat qırx dörd qəpik) manat məbləğində kredit verir. Kreditalan isə kredit məbləğini ona hesablanmış faizlə birlikdə kreditverənə qaytarmağı öz öhdəsinə götürür. 02 fevral 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 531.44 manat məbləğində əsas bоrc, 14.25 manat məbləğində faiz bоrcu və 467.75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1013.44 manat məbləğində bоrcu vardır. Tərəflər arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsinə əsasən, illik faiz dərəcəsi 1% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 2157.23 (iki min yüz əlli yeddi manat iyirmi üç qəpik) manat məbləğində kredit verir. Kreditalan isə kredit məbləğini ona hesablanmış faizlə birlikdə kreditverənə qaytarmağı öz öhdəsinə götürür. 02 fevral 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 19 dekabr 2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 2157.23 manat məbləğində əsas bоrc, 57.53 manat məbləğində faiz bоrcu və 1925.38 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4140.14 manat məbləğində bоrcu vardır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, 494 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 26 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 26 yanvar 2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan əsas borcu 531.44 (beş yüz otuz bir manat qırx dörd qəpik) manat, faiz borcu 16.73 (on altı manat yetmiş üç qəpik) manat təşkil edir. Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 26 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 26 yanvar 2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan əsas borcu 2157.23 (iki min yüz əlli yeddi manat iyirmi üç qəpik) manat, faiz borcu 61.91 (altmış bir manat doxsan bir qəpik) manat təşkil edir. İş materiallarında Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli və 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqavilələrinə əsasən Kredit Müqavilələri üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən Cavabdeh cərimə hesablanmamışdır. Buna görə də, hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanılmış, cavabdeh öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsi üzrə 531.44 (beş yüz otuz bir manat qırx dörd qəpik) manat əsas borc, 16.73 (on altı manat yetmiş üç qəpik) manat faiz borcu, 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsi üzrə 2157.23 (iki min yüz əlli yeddi manat iyirmi üç qəpik) manat əsas borc, 61.91 (altmış bir manat doxsan bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2767.31 (iki min yeddi yüz altmış yeddi manat otuz bir qəpik) manat məbləğində borc və ödənilmiş 71.54 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 47.67 (qırx yeddi manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı təşkilat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməli, artıq ödənilmiş 23.87 (iyirmi üç manat səksən yeddi qəpik) manat dövlət rüsumu iddiaçı təşkilat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, 494 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 26 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 26 yanvar 2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan əsas borcu 531.44 (beş yüz otuz bir manat qırx dörd qəpik) manat, faiz borcu 16.73 (on altı manat yetmiş üç qəpik) manat təşkil edir. Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 26 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 26 yanvar 2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan əsas borcu 2157.23 (iki min yüz əlli yeddi manat iyirmi üç qəpik) manat, faiz borcu 61.91 (altmış bir manat doxsan bir qəpik) manat təşkil edir. İş materiallarında Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli və 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqavilələrinə əsasən Kredit Müqavilələri üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən Cavabdeh cərimə hesablanmamışdır. Buna görə də, hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmır. Məhkəmə iş üzrə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsi üzrə 531.44 (beş yüz otuz bir manat qırx dörd qəpik) manat əsas borc, 16.73 (on altı manat yetmiş üç qəpik) manat faiz borcu, 19 dekabr 2019-cu il tarixli, 021A********** nömrəli Kredit Müqaviləsi üzrə 2157.23 (iki min yüz əlli yeddi manat iyirmi üç qəpik) manat əsas borc, 61.91 (altmış bir manat doxsan bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2767.31 (iki min yeddi yüz altmış yeddi manat otuz bir qəpik) manat məbləğində borc və ödənilmiş 47.67 (qırx yeddi manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. 23.87 (iyirmi üç manat səksən yeddi qəpik) manat dövlət rüsumu iddiaçı təşkilat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar