Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-387/2023 14.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6832.35 (altı min səkkiz yüz otuz iki manat otuz beş qəpik) manat əsas, 1684.01 (bir min altı yüz səksən dörd manat bir qəpik) manat faiz borcu olmaqla cəmi 8516.36 (səkkiz min beş yüz on altı manat otuz altı qəpik) manat pul vəsaitinin və ödənilmiş 105.16 (bir yüz beş manat on altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinə əsasən aşağıdakı hallarda işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir: 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin iddiaçı təşkilat Cavabdeh 8516.36 (səkkiz min beş yüz on altı manat otuz altı qəpik) manat məbləğində borcun ödənilməsini tələb edir ki, bu tələbə də kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil. Ümumi borca, yəni 8516.36 (səkkiz min beş yüz on altı manat otuz altı qəpik) manata münasibətdə belə həmin tələb sadələşdirilmiş qaydada baxılmasına qanunvericilik tərəfindən yol verilən tələb məbləğindən (5000 manatdan) artıq olduğundan sadələşdirilmiş qaydada baxıla bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X1 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 105.16 (bir yüz beş manat on altı qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi icraata qəbul edilməsindən imtina olunsun. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X1 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 105.16 (bir yüz beş manat on altı qəpik) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-387/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-387/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver