Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-387/2025 14.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə ərizənin baxılmamış saxlanılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 44 Caspian Plaza 3, 8-ci mərtəbədə yerləşən iddiaçı "xxxx" QBKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədlərə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: «Finca Azərbaycan” QBKT MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan iddiaçı «Finca Azərbaycan” QBKT MMC-nin xeyrinə 2174 (iki min yüz yetmiş dörd) manat əsas 443.89 manat faiz, 193.01 manat cərimə borcu olmaqla, cəmi 2810.90 (iki min səkkiz yüz on manat doxsan qəpik) manat məbləğində borcun və 48.11 (qırx səkkiz manat on bir qəpik) manat dövlət rüsumunun, tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. İddiaçı təşkilat xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına ərizə göndərmişdir. İddiaçı təşkilatın problemli istehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşünası Nümayəndə2 ərizəsində iddia ərizəsinin baxılmamış saxlanılması, Naxçıvan Şəhər Məhkəməsinə ödənilmiş 36.34 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmşdir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın problemli istehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşünası Nümayəndə2 ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı «Finca Azərbaycan” QBKT MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə **********24 nömrəli qəbzlə ödənilmiş 48.11 (qırx səkkiz manat on bir qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı «Finca Azərbaycan” QBKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı «Finca Azərbaycan” QBKT MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə **********24 nömrəli qəbzlə ödənilmiş 48.11 (qırx səkkiz manat on bir qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-387/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-387/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver