Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-389/2024 11.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, iddiaçı Nümayəndə Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 aprel 2021-ci il tarixli, 150 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borcun, buna hesablanmış penya pulu olan 110 (yüz on) manatın, 11 aprel 2021-ci il tarixli, 151 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borcun, buna hesablanmış penya pulu olan 110 (yüz on) manatın, ümumilikdə iki müqaviləyə görə yaranan 2200 (iki min iki yüz) manat əsas borcun, gecikdirilmiş penya pulu olan 220 (iki yüz iyirmi) manatın, nəticə etibarilə 2420 (iki min dörd yüz iyirmi) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 42 (qırx iki) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, telefon mağazasının satıcısı olduğunu, Cavabdeh ilə 11 aprel 2021-ci il tarixdə 150 və 151 nömrəli Nisyə mal satılması Müqavilələri bağladıqlarını, 11 aprel 2021-ci il tarixdə 150 nömrəli Nisyə mal satılması Müqaviləsinə əsasən Cavabdeh “Galaxy A30” markalı telefonu 12 aylıq kreditlə 1300 manat dəyərində aldığını və hazırki vaxtadək onun tərəfindən 200 manat ödənildiyini, 11 aprel 2021-ci il tarixdə 151 nömrəli Nisyə mal satılması Müqaviləsinə əsasən Cavabdeh “Redmi Note 5” markalı telefonu 12 aylıq kreditlə 1300 manat dəyərində aldığını və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla, 200 manat ödənildiyini, lakin hazırda qalan 2200 manat borcunu ödəməkdən imtina etdiyini, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2 faiz penya (cərimə) pulunun ödənilməsinin nəzərdə tutulduğunu, buna görə də, həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə etdiyini və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, hazırki vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pullarının onun maddi itkilərə məruz qalmağına səbəb olduğunu, cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı, maddi itkilərlə qarşılaşmayacağını, həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq olunduğunu və borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, buna görə ciddi maddi itkilərlə qarşılaşdığını, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malik olduğunu, satıcı-alıcı münasibətlərinin kəskinləşməsinin, münasibətlərin pozulmasının və mübahisənin məhkəməyə daşınmasının heç də yaxşı hal olmadığını, lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şəraitin dayandığını, əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələnin də bu səviyyəyə gəlib çıxmaya biləcəyini, cavabdehin yuxarıda qeyd olunan 11 aprel 2021-ci il tarixdə 150 nömrəli müqavilədən yaranan 1100 manat, 11 aprel 2021-ci il tarixdə 151 nömrəli müqavilədən yaranan 1100 manat əsas borcunun olduğunu, bundan əlavə, müqavilədə göstərilən 3.3-cü bəndə əsasən müqavilə üzrə aylıq ödənişin 2%nin hər gecikdirilmiş gün üçün ödənilməli olan 3.66 (üç manat altmış altı qəpik) cərimə, yəni ümumilikdə müqavilənin bitmə tarixinə görə 1318 (min üç yüz on səkkiz) olan dəbbə pulu hesablandığını, lakin cavabdehin maddi vəziyyətini nəzərə alaraq, əsas borcun 10 faizini, yəni 11 aprel 2021-ci il tarixli, 150 nömrəli müqaviləyə görə 110 manat, 11 aprel 2021-ci il tarixli, 151 nömrəli müqaviləyə görə 110 manat, ümumilikdə cərimə olaraq 220 manat penya və 42 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini, bunları nəzərə alaraq, Cavabdeh 11 aprel 2021-ci il tarixli, 150 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borcun, buna hesablanmış penya pulu olan 110 (yüz on) manatın, 11 aprel 2021-ci il tarixli, 151 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borcun, buna hesablanmış penya pulu olan 110 (yüz on) manatın, ümumilikdə iki müqaviləyə görə yaranan 2200 (iki min iki yüz) manat əsas borcun, gecikdirilmiş penya pulu olan 220 (iki yüz iyirmi) manatın, nəticə etibarilə 2420 (iki min dörd yüz iyirmi) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 42 (qırx iki) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2021-ci il tarixli, 150 nömrəli Nisyə mal satınalması Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya ümumi məbləği 1300 (min üç yüz) manat dəyərində “Galaxy A30” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini ödəməyi öhdəsinə götürür. 11 aprel 2021-ci il tarixli, 150 nömrəli Mal satınalması Müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, Cavabdeh 1100 manat məbləğində pulu xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında hər ay 91.66 manat olmaqla ödəməyi öhdəsinə götürür. Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2021-ci il tarixli, 151 nömrəli Nisyə mal satınalması Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya ümumi məbləği 1300 (min üç yüz) manat dəyərində “Redmi Note 5” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini ödəməyi öhdəsinə götürür. 11 aprel 2021-ci il tarixli, 151 nömrəli Mal satınalması Müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, Cavabdeh 1100 manat məbləğində pulu xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında hər ay 91.66 manat olmaqla ödəməyi öhdəsinə götürür. Arayışa əsasən, Cavabdeh Nümayəndə 11 aprel 2021-ci il tarixli, 150 nömrəli müqaviləyə görə 1100 manat əsas borc və 110 manat penya pulu, 11 aprel 2021-ci il tarixli, 151 nömrəli müqaviləyə görə 1100 manat əsas borc və 110 manat penya pulu olmaqla, ümumilikdə 2420 manat (2200 manat əsas borc və 220 manat penya pulu) məbləğində ödənilməmiş borcu mövcuddur. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 26 yanvar 2024-cü il tarixdə daxil olmuş ərizə üzrə 29 yanvar 2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə, Cavabdeh 11 aprel 2021-ci il tarixli, 150 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borc, 55 (əlli beş) manat gecikdirilmiş dəbbə pulu, 11 aprel 2021-ci il tarixli, 151 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borc, 55 (əlli beş) manat gecikdirilmiş dəbbə pulu olmaqla, iki müqaviləyə görə 2200 (iki min iki yüz) manat əsas borc, 110 (yüz on) manat gecikdirilmiş dəbbə pulu, cəmi 2310 (iki min üç yüz on) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı Nümayəndə qaytarılmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Belə ki, Nümayəndə ilə Cavabdeh arasında Nisyə mal satınalması Müqavilələri bağlanmış, Cavabdeh həmin müqavilələrdən irəli gələn pul məbləğini Nümayəndə qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. İddiaçı Nümayəndə hər müqavilə üzrə dəbbə pulu olaraq cavabdehdən 110 manat tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5%-i miqdarında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 11 aprel 2021-ci il tarixli, 150 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borc, 55 (əlli beş) manat gecikdirilmiş dəbbə pulu, 11 aprel 2021-ci il tarixli, 151 nömrəli müqaviləyə görə 1100 (min yüz) manat əsas borc, 55 (əlli beş) manat gecikdirilmiş dəbbə pulu olmaqla, iki müqaviləyə görə 2200 (iki min iki yüz) manat əsas borc, 110 (yüz on) manat gecikdirilmiş dəbbə pulu, cəmi 2310 (iki min üç yüz on) manat məbləğində pul və 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, Nümayəndə qaytarılsın. İddia qalan hissədə rədd olunsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-389/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-389/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver