Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-391/2023 13.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh-iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasına, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus olan Kia K5 markalı **-BH-*** dövlət nişanlı avtomobilin ciddi ziyan dəydiyindən və avtomobilin yararsız hala düşdüyündən ona dəymiş ziyanın əvəzi olan 6880 manat məbləğində pul vəsaitinin və ödənilmiş 88 manat dövlət rüsumunun alınıb ödəniməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək bir baş iribuynuzlu malqarasının tələf olunmasına görə ona dəymiş 2000 (iki min) manat məbləğində ziyanın cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 mart 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia icraata qəbul edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı izahat verən iddiaçı-cavabdeh İddiaçı iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbu etməyərək verdiyi izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinin tamamilə yararsız hala düşmüşdür. Cavabdeh 6880 (altı min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq ona verilməlidir. Belə ki, avtomobilinin təmiri üçün müraciət olunduğu zaman nəqliyyat vasitəsinin zədələnməsi haqqında məlumat vərəqində təmir üçün tələb olunan hissələri üçün lazım olan vəsait 6880 manat müəyyən edilmişdir. Hadisədən sonra Cavabdeh 370 manat sığorta pulu, 200 manat ətin pulunu və 250 manat da əlavə pul vermişdir. Ümumilikdə 800 manat cavabdehə pul vermişdir. Hadisə vaxtı onun maşınının surət həddi 70-80 km/saat idi. Növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı-cavabdeh İddiaçı və vəkili Vəkil rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, sonuncu dəfə Vəkil 13 oktyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə göndərərək iddianı müdafiə etdiklərini, onların iştirakı olmadan işə baxılaraq iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı-cavabdeh İddiaçı və vəkili Vəkil iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdeh-iddiaçı Cavabdeh iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində ona məxsus bir baş mal-qaranın, Naxçıvan-Sədərək magistral yolunun Əliabad qəsəbəsindən keçən hissəsində, mal-qara yolun bir kənarından digər kənarına keçərkən şəxsi minik avtomobili ilə vuraraq tələf etmiş və avtomobilinə dəymiş zərərin ödənilməsi üçün məhkəmədə ona qarşı iddia qaldırmışdır. Həmin vaxt, yəni onun malını vuran vaxt onun günahkar olduğunu və vurduğu zərəri ödəməyə borclu olduğunu bildiyi halda, əlavə bir neçə baş mal-qarası olmasını, onun avtomobilinə daha çox ziyan dəyməsini nəzərə alaraq nəinki dəymiş zərərin ödənilməsini tələb etməniş, insaf və insanlıq naminə tələf olmuş malı ona vermişdir ki, aparıb ətini satıb ona dəymiş zərərin bir hissəsini qarşılasın. Amma iddiaçı onun bu güzəştini başa düşməyərək əlavə pul istədiyinə görə o da özünə dəymiş zərərin tam məbləğdə ödənilməsini tələb edir. İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatlarla qətiyyən razı deyil, onun istinad etdiyi faktlar tamamilə əsassızdır. Cavabdeh S. Hüseynovun, yol - nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və ona dəymiş zərəri ödəməli olduğu açıq- aşkardır. Belə ki, yolun, qəzanın baş verdiyi hissəsi yaşayış məntəqəsindən keçir və həmin yolda avtomobillərin sürəti 50 km/saat müəyyən edilib, sürücü İddiaçı isə yolun yaşayış məntəqəsindən keçməsinə, yolun hərəkət hissəsində yolu keçən piyadaların, heyvanların maneələrin ola biləcəyinə məhəl qoymadan və sürət həddini aşaraq yol-nəqliyyat hadisəsini törətmişdir. İddiaçı ona 370 manat sığorta pulu verdi. 200 manat ətin pulunu, 250 manat da əlavə pul verib. Ümumilikdə 800 manat pul verib. O qalan pulu tələb edir. Hadisə payız vaxtı axşamçağı idi. Saat 1900-1930-radələri olardı. İddiaçı çox yüksək surətlə gəlirdi. Onun qabağınca gələn maşın yolda mal-qaranın keçdiyini görüb maşını saxladığı halda iddiaçı maşını saxlamadı. Nəticədə axırıncı yolu keçən malı vurub öldürdü. Özünün Naxçıvan şəhəri Əliabad qəsəbəsində evi var. Ancaq mal-heyvan Xok kəndində olduğu üçün kənddə qalır. O qızı X4 ilə birlikdə yaşayır. Qızının həyat yoldaşı 20 il bundan qabaq rəhmətə getdikdən sonra neçə illər onun evində yaşayır. Mal-qara da hər ikisinin olub. Lakin tələf olan mal onunki idi. Bununla bağlı arayış da təqdim etmişdir. Yaşlı olduğu üçün artıq mal-heyvanı saxlaya bilmir. Əliabad qəsəbəsində bir çobana saxlamağa verir və hər ay pulunu verir. Çoban ona zəng vurub demişdir ki, artıq hava soyuqdur. Mal-heyvanı aparmaq lazımdır. O da oğluna, nəvəsinə demişdir ki, birlikdə maşın tutub Əliabda gəlsinlər, mal-heyvanı aparsınlar. Təxminən 5 heyvan olardı. Əvvəlcə çöldə heyvanları maşına mindirmək istəsələr də alınmadı. Sonra çoban dedi ki, aparsınlar tövləyə orada tutsunlar. Çoban, o, oğlu və nəvəsi yoldan heyvanları keçirib tövləyə aparmaq istəyirdilər. O yolun kənarında, oğlu və nəvəsi digər yolda gözləyirdilər, çoban isə heyvanları yoldan keçirirdi. Özü yola işıq salmışdı. Yoldan keçən bütün maşınlar dayanıb malın keçməsini gözləyirdilər. Sadiq ondan əvvəl yolda gözləyən maşının önünə keçib yüksək surətlə hərəkət etdi. Həmin vaxt bütün heyvanlar keçmişdi və sonuncu heyvanı çoban keçirirdi. Malın keçməsini gözləmədən onu vurdu və sonra maşını sağlaya bilməyib əks yola keçdi və orada prado markalı maşını da vurdu. Həmin tələf olan malın qiyməti 3000 manat təşkil edirdi. Mal tələf olan zaman hadisə yerinə yol polisi gəldi. Polis iddiaçıya dedi ki, malın leşini yoldan qaldırsın. O da malı aparıb satıb pulunu ona verməyi təklif etmişdir. Həm malı tələf olub, həm də iddiaçı ondan pul istəyir. İddianın rədd, qarşılıqlı iddianın təmin edilməni xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X1 ifadəsində bildirmişdir ki, cavabdeh Abbas əminin mal-qarasını otarır, çobandır. Kəndin bütün mal-qarasını otarır. Hadisə vaxtı Abbas əminin mal-qarasını axşamçağı öz tövləsinə apamaq istəmişdir. Mal-qaranı maşın yolunu keçirtmək istəyən zaman fənərlə gələn maşınlara işıq salırdılar ki, mal-qara keçdiyi üçün sürəti azaltsınlar. Gələn maşınların ikisi sürəti azaldıb mal-qaraya yol vedilər. Lakin digəri sürətlə gəldi və yolu keçən axırıncı malı vurub öldürdü. Maşının diri çəkisi 600 kq olardı. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Cavabdeh atasıdır. Həmin mal-qara atasının təsərrüfatı olub. Atası baxıb bəsləyib. Hadisə vaxtı onlar çöldən mal-heyvanı çobanın tövləsinə aparırdılar. Yoldan mal-qaranı keçirən zaman yuxarıdan gələn 2 maşın surəti azaltdı. Lakin digəri surəti saxlaya bilmədi. Yolu keçən axırıncı malı vurub öldürdü. İddiaçı atasına nə qədər ziyanla bağlı pul verməyi barədə məlumatı yoxdur. Fənər onun əlində olub və yola işıq tutubdur. Məhkəmə baxışı iclasında şahid X3 ifadəsində bildirmişdir ki, Cavabdeh babasıdır. Həmin mal-qara babasının təsərrüfatı olub. Babası baxıb o bəsləyib. Hadisə vaxtı çöldən mal-heyvanı çobanın tövləsinə aparırdılar. Yolla mal-qaranı keçirən zaman yuxarıdan gələn 2 maşın surəti azaltsa da digəri surəti azaltmayaraq yolu keçən axırıncı malı vurub öldürdü. Məhkəmə baxışı iclasında mütəxəssis Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin mütəxəsisi X2 izahatında bildirmişdir ki, hazırki iş üzrə hadisə yerinin sxemi tam və düzgün işlənilmədiyindən ekspert rəyi verə bilməmişdir. Hadisə zamanı heç bir sürət həddi ilə bağlı sənədlər polis orqanı tərəfindən araşdırılmamışdır. Həmin yolda qanuni şəkildə mal-qara keçidi olmalıdır. Mal-qaranın maşın yolundan keçisi qadağandır. Ancaq həmin yolda bununla bağlı heç bir işarə qoyulmayıb. Naxçıvanda biriki yaşayış məntəqəsindən başqa ümumiyyətlə bu cür nişanlar quraşdırılmamışdır. Həmin yolda qanuni şəkildə piyada və mal-qara keçidi olmalıdır. Bu Yol-nəqliyyat haqqında qanunin 39-cü maddəsində birbaşa öz təsdiqini tapır. Həmin maddəyə əsasən mal-qara ötürənlərin öz vəzifəsi var. Qanunin 36-cı maddəsində də yol-hərəkəti aydalarının iştirakçıları yaranana maneənin aaradan qaldırmaqda səy göstərməlidir. Təəsüflər olsun ki, hər iki tərəf buna əməl etməyib. Burada günah hər iki şəxsə aiddir. Dəfələrlə belə yollarda mal-qara keçidi və piyada keçidinin olması ilə bağlı yol-nəqliyyat orqanına təkliflər verilb, kameraların, svetoforların qoyulmasının zəruri olduğu deyilsə də heç bir iş görülməyib, nəticədə belə hadisələr yaranıb. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi və qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia ərizəsinə əlavə edilmiş: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan aydın olur ki, 26 noyabr 2022-ci il tarixdə saat 19:10 radələrində Naxçıvan-Sədərək yolunda yol nəqliyyat hadisəsiheyvan vurma baş vermiş, təqsirli şəxs İddiaçı avtonəqliyyat vasitəsinin markası və modeli Kia K5 **-BH-*** qeydiyyatda olduu yer Şərur rayonu Y.Aralıq kəndi sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuş, sürücü ayıq vəziyyətdə olmuş, sürücü haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş əmlak zərəri vurulmuş, əmlak zərəri olaraq avtomobil, iribuynuzlu heyvan qeyd edilmiş, zərərvurulan avtonəqliyyat vasitəsinin sahibi X7, əmlak zərərinin sahibi Cavabdeh qeyd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən 28 noyabr 2022-ci il tarixli 1507 nömrəli arayışdan aydın olur ki, 26 noyabr 2022-ci il tarixdə saat 19:20 radələrində Naxçıvan-Sədərək magistral yolunda Cavabdeh məxsus 1 (bir) iribuynuzlu mal yol nəqliyyat hadisəsi nəticəsində tələf olmuşdur. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X15 İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 26 noyabr 2022-ci il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı toplanmış materiallar İddiaçı məxsus olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, şəxsin özünə məxsus sürücülük vəsiqəsi və digər avtomobilin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, hadisə yerinin sxemi, inzibati xəta haqqında protokol, izahatlar, sərxoşluq vəziyyətinin tibbi müayinəsi və arayışdan ibarət olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə yol nəaqliyyat ekspertizası təyin edilmiş, lakin ekspert tərəfindən rəy verilməsindən imtina edilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X15 İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 10 oktyabr 2023-cü il tarixli məktubdan aydın olur ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinin tələbinə əsasən 1.24 “mal-qara keçidi” nişanı fermaların, heyvandarlıq təsərrüfatlatının yaxınlığında quraşdırılır. Naxçıvan- Sədərək avtomobil yolunun Əliabad qəsəbəsindən keçən hissəsində ferma və heyvandarlıq təsərrüfatları olmadığı üçün həmin ərazidə 1.24 “mal-qara keçidi” nişanı quraşdırılmamışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə görə yol hərəkətinin iştirakçıları 1)yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 39-cu maddəsinə görə mal-qara ötürənlər mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Həmin Qanunun 47-ci maddəsinə görə mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. Vİ. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Qeyd: At arabaları (kirşələr) işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təchiz olunmalıdırlar. İşin yuxarıda araşdırılmış hallarından da aydın olur ki, baş verən yol nəqliyyat hadisəsi zamanı inzibati araşdırma aparılmış və müvafiq qaydada rəsmiləşdirilmişdir. Həmin materillarla nəqliyyat hadisəsinin baş verməsində iddiaçı-cavabdeh İddiaçı təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetirilmişdir. Cavabdeh-iddiaçı X9 əmlak ziyanı dəyməsi də məhz həmin protokolla təsdiqini tapmışdır. İşə baxılarkən malqaranın yoldan keçirilməsi zamanı bir neçə nəfər şəxsin müşayiəti ilə həyata keçirilməsi, yolun işıqlandırılması üçün fənərdən istifadə edilməsi, digər nəqliyyat vasitələrinin dayanaraq gözləməsi mal-qaranın yoldan keçirilən zaman cavabdeh-iddiaçı tərəfindən yol hərəkəti haqqında qanunun tələblərinə əsasən riayət etməsi kimi qiymətləndirilməlidir. Əks halda cavabdeh-iddiaçı Cavabdeh da inzibati xəta haqqında protokol tərtib edilməli idi. Bundan əlavə əmlak zərərinin cavabdeh-iddiaçı Cavabdeh bir neçə dəfə olmaqla 800 manata qədər iddiaçı-cavabdeh İddiaçı tərəfindən ödənişlər edilməsi iddiaçı-cavabdehin təsqsirini bir daha təsdiq edir. Belə olan halda onun cavabdeh-iddiaçıdan hər hansı zərər tələb etməsi hüquqa uyğun deyildir və tələbi rədd edilməlidir. Digər tərəfdən cavabdeh-iddiaçı X11 iddiaçı-cavabdehdən vurulmuş ziyanın ödənilməsini tələb etsə də öz izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman araşdırma aparılarkən o, iddiaçıdan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İndi ona qarşı tələb olduğu üçün o da iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, cavabdeh-iddiaçıya vurulmuş əmlak zərəri iddiaçıcavabdeh tərəfindən qarşılanmış və bu hal işə baxılarkən təsdiqini tapmışdır. Daha çox zərər vurulması ilə bağlı cavabdeh-iddiaçı sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən:Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-391/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-391/2023
13.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver