Məhkəmə qərarları › İş №e-2(078)-394/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-394/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-394/2025 14.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə ərizənin baxılmamış saxlanılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən iddiaçı təşkilat İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədlərə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1335.42 (min üç yüz otuz beş manat qırx iki qəpik) manat əsas 298.17 (iki yüz doxsan səkkiz manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1633.59 (min altı yüz otuz üç manat əlli doqquz qəpik) məbləğində borcun və 36.34 (otuz altı manat otuz dörd qəpik) manat dövlət rüsumunun, tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 10 fevral 2025-ci il tarixdə ərizə ilə elektron qaydada müraciət edərək bildirişdir ki, İddiaçı ASC Cavabdeh “pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Naxçıva MR Naxçıvan şəhər Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda Cavabdeh borc məbləğini ödəmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın nümayəndəsinin ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 36.34 (otuz altı manat otuz dörd qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2025ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 36.34 (otuz altı manat otuz dörd qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar