Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-401/2022 28.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçıAçıq Səhmdar Cəmiyyəti 09 mart 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30.08.2019-cu il tarixli 1021087saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 4919.17 ( dörd min doqquz yüz on doqquz manat on yeddi qəpik) manat əsas, 444.61 ( dörd yüz qırx dörd manat altmış bir qəpik) manat faiz, cəmi 5363.78 ( beş min üç yüz altmış üç manat yetmiş səkkiz qəpik) manat borcun, həmçinin ödənilmiş 73.90 ( yetmiş üç manat doxsan qəpik ) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. İddiaçıAçıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh2 şəxsi məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10000 (on min) manat məbləğində kredit verilmiş və bununla bağlı Azər-Türk Bank”Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 30.08.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlamışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 30.08.2019-cu il tarixli 1021087/17427 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 22.02.2022-ci il tarixinə əsas borcu 4919.17 (dörd min doqquz yüz on doqquz manat on yeddi qəpik) manat, faiz borcu 444.61 (dörd yüz qırx dörd manat altmış bir qəpik) manat, cəmi 5363.78 (beş min üç yüz altmış üç manat yetmiş səkkiz qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfilərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh2 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır 28 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 28 aprel 2022-ci il tarixdə iş üzrə iddiaçının nümayəndəsi X3 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərilərək, ərizədə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaldırdığı borcun alınmasına dair iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, cavabdehlərlə Bank arasında borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyini qeyd edərək İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamış, Cavabdeh1 isə məhkəmə iclası zamanı qeyd olunan ərizənin qəbul edilərək iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına heç bir etirazı olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı - X4 vasitəsilə 02 mart 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 73,50 (yetmiş üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" ASC Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı X4 vasitəsilə 02 mart 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 73,50 (yetmiş üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-401/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-401/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver