Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-405/2024 11.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, iddiaçı Nümayəndə Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 640 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 70 manatın, nəticə etibarilə, ümumilikdə 710 (yeddi yüz on) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, telefon mağazasının satıcısı olduğunu, Cavabdeh ilə 02 iyun 2023-cü il tarixdə 113 nömrəli Nisyə mal satılması Müqaviləsi bağladıqlarını, 02 iyun 2023-cü il tarixdə 113 nömrəli Nisyə mal satılması Müqaviləsinə əsasən Cavabdeh “Redmi Note 12S” markalı telefonu 11 aylıq kreditlə 890 manat dəyərində aldığını və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla, 250 manat ödənildiyini, lakin hazırda qalan 640 manat borcunu ödəməkdən imtina etdiyini, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun ödənilməsinin nəzərdə tutulduğunu, buna görə də, həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə etdiyini və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, yəni vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, hazırki vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pullarının onun maddi itkilərə məruz qalmağına səbəb olduğunu, cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı, maddi itkilərlə qarşılaşmayacağını, həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq olunduğunu və borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin onun borcun ödənilməsindən imtina etdiyini, buna görə ciddi maddi itkilərlə qarşılaşdığını, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanındığını, geniş müştəri dairəsinin olduğunu, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malik olduğunu, satıcı-alıcı münasibətlərinin kəskinləşməsinin, münasibətlərin pozulmasının və mübahisənin məhkəməyə daşınmasının heç də yaxşı hal olmadığını, lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şəraitin dayandığını, əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələnin də bu səviyyəyə gəlib çıxmaya biləcəyini, cavabdehin yuxarıda qeyd olunan 02 iyun 2023-cü il tarixdə 113 nömrəli müqavilədən yaranan 640 manat əsas borcunun olduğunu, bundan əlavə, müqavilədə göstərilən 3.3-cü bəndə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-nin hər gecikdirilmiş gün üçün ödənilməli olan 1.48 (bir manat qırx səkkiz qəpik) cərimə, yəni ümumilikdə müqavilənin bitmə tarixinə görə 266.40 (iki yüz altmış altı manat qırx qəpik) olan dəbbə pulu hesablandığını, lakin cavabdehin maddi vəziyyətini nəzərə alaraq, əsas borcun 10 faizini, yəni ümumilikdə cərimə olaraq 70 manat penya və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini, bunları nəzərə alaraq, Cavabdeh 640 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 70 manatın, nəticə etibarilə, ümumilikdə 710 (yeddi yüz on) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İş materiallarına əlavə edilmiş: Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2023-cü il tarixli, 113 nömrəli Nisyə mal satınalması Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya ümumi məbləği 890 (səkkiz yüz doxsan) manat dəyərində “Redmi Note 12S” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini ödəməyi öhdəsinə götürür. 02 iyun 2023-cü il tarixli, 113 nömrəli Mal satınalması Müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, Cavabdeh 890 manat məbləğində pulu xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında hər ay 74 manat olmaqla ödəməyi öhdəsinə götürür. Arayışa əsasən, Cavabdeh Nümayəndə 640 manat əsas borc və 70 manat penya pulu olmaqla, ümumilikdə 710 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 26 yanvar 2024-cü il tarixdə daxil olmuş ərizə üzrə 29 yanvar 2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə, Cavabdeh 640 (altı yüz qırx) manat əsas borc və 32 (otuz iki) manat gecikdirilmiş dəbbə pulu olmaqla, cəmi 672 (altı yüz yetmiş iki) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı Nümayəndə qaytarılmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Belə ki, Nümayəndə ilə Cavabdeh arasında Nisyə mal satınalması Müqaviləsi bağlanmış, Cavabdeh həmin müqavilədən irəli gələn pul məbləğini Nümayəndə qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. İddiaçı Nümayəndə müqavilə üzrə dəbbə pulu olaraq cavabdehdən 70 manat tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz olduğundan azaldılaraq, əsas borcun 5%-i miqdarında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 640 (altı yüz qırx) manat əsas borc və 32 (otuz iki) manat gecikdirilmiş dəbbə pulu olmaqla, cəmi 672 (altı yüz yetmiş iki) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, Nümayəndə qaytarılsın. İddia qalan hissədə rədd olunsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-405/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-405/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver