Məhkəmə qərarları › İş №e-2(078)-411/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-411/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-411/2024 22.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 29 yanvar 2021-ci il tarixli, İK1001959 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 279.28 (iki yüz yetmiş doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borcu, 5.70 (beş manat yetmiş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 284.98 (iki yüz səksən dörd manat doxsan səkkiz qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli, İK1001959 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 4 000 (dörd min) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 29 yanvar 2021-ci il tarixli,1001959/21085 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq ,bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdeh2 tərəflər arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli,İK1001959 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 279.28 (iki yüz yetmiş doqquz manat 28 qəpik) manat əsas borcu, 5.70 (beş manat 70 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 284.98 (ikiyüz səksən dörd manat 98 qəpik) manat kredit borcu öhdəliyi var. İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 22 fevral 2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək ərizədə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsinin Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində e-2(078)- 411/2024 saylı mülki iş üzrə baxılması üçün qəbul edildiyini, iddia ərizəsinin baxılmamış saxlanılması və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 vasitəsilə 26 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 vasitəsilə 26 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar